Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qazaxıstanda -ölüm hökmü rəsmən ləğv edildi

Qazaxıstanda ölüm hökmü rəsmən ləğv edildi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə ölüm hökmünün ləğv edilməsinə yönəlmiş BMT-nin Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktının ikinci fakultativ protokolunun təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Yenixeber.org: Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan protokolu 2020-ci ilin sentyabrında imzalayıb. Bu, beynəlxalq sənədə əsasən, protokolu imzalayan ölkələr ölüm hökmünü tətbiq etməmək və öz yuridiksiyası daxilində onun ləğvi üçün bütün lazımi tədbirləri görmək kimi öhdəliklər götürür.

Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi daha əvvəl bildirib ki, sənəddə yalnız bir istisnaya - müharibə dövründə edam cəzasının tətbiqinə icazə verilir. Onun sözlərinə görə, Qazaxıstan bu bənddən istifadə etmək niyyətindədir.

Hazırda respublikada edam cəzasına moratorium qoyulub. 17 dekabr 2003-cü ildə Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev ölüm hökmünün ləğvi barədə qərar çıxana qədər cəzaların icrasına müddətsiz moratorium tətbiq olunduğunu elan edib. Fərman 1 yanvar 2004-cü ildə qüvvəyə minib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam