Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

ZORƏN MÜTTƏFİQLƏR... -Putin Çin liderini nə ilə sevindirə bildi?

Rusiya Prezidenti Vladimir Putin dekabrın 15-də Çinin lideri Tsi Tsinpinlə videkonfrans formatında saat yarım müzakirə aparıb. Bu video konfrans iki ölkə arasında strateji tərəfdaşlığın bu il ərzində daha da gücləndiyini tərənnüm etdirməli idi. Həqiqətən Putinlə Tsinpini şəxsi dostluq da yaxınlaşdırır.

Yenixeber.org: SSRİ dağıldıqdan sonra Rusiya və Çin münasibətlərdə 3 mərhələ adlayıblar. Bu iki ölkə əvvəlcə tərəfdaş, sonra strateji tərəfdaş, indi isə strateji müttəfiq səviyyəsinə qalxıblar. Rusiya və Çin Qərbə qarşı ittifaq şəklində mübarizə aparırlar. Yəni Rusiya ilə Çinin müttəfiq olmasında Qərbin bu iki ölkəyə qarşı sərt münasibətinin böyük rolu olub. Başqa sözlə Rusiya və Çin ümumi düşmənə qarşı birləşiblər. Bunu zorən müttəfiqlik də adlandırmaq olar. Çünki, Rusiyadakı siyasi mərkəzlər Çinin iqtisadi siyasətindən kifayət qədər narahatdırlar. Çinin şirkətləri Sibirin zənginliklərinə sürətlə yiyələnirlər. Bu isə Rusiya üçün böyük təhlükədir. Buna baxmayaraq, Kreml Qərdən gələn təhlükəylə mübarizəyə daha çox enerji ayırmaq məcburiyyətindədir.

Vladimir Putin Tsi Tsinpinlə telefon danışığı zamanı Çində gələn ilin fevralında keçiriləcək qış olimpiadasına təşrif buyuracağını bildirib. Bu Pekin üçün sevindirici xəbərdir. Çünki, başda ABŞ olmaqla müxtəlif ölkələr ard-arda rəsmi səviyyədə Çin olimpiadasının açılışında iştirakdan imtina etdiklərini bildiriblər. Vladimir Putin isə onların acığına müttəfiqinin böyük tədbirini şəxsi iştirakıyla dəstəklədiyini bəyan edib.

Rusiya və Çin liderlərinin telefon danışığının böyük hissəsi qapalı şəraitdə keçib. Görünür, qapalı müzakirədə hər iki dövlətin Qərbin sanksiyalarına qarşı birgə mübarizə metodları və iqtisadi, o cümlədən regional layihələrin mövcud durumu ətrafında fikir mübadiləsi aparılıb. Rusiya ilə Çin arasında əməkdaşlıq sazişi 2001-ci ildə imzalanıb. Məhz bu saziş ittifaqı daha üst səviyyəyə qaldırıb. Rusiya ilə Çin arasında ticarət mübadiləsi bu il 31 fazi artaraq 123 milyard dollara çatıb. Hədəf ticarət mübadiləsini 200 milyard dollara çatdırmaqdır.

Rusiya ilə Çin bir-birlərinə nə qədər güvənsələr də, üzləşdikləri təhlükənin miqyası böyükdür. Rusiya Krımı ilhaq etdiyinə və Donbass separatçılarına dəstək verdiyini görə 7 ilə yaxındır Qərbin sərt sanksiyalarıyla üz-üzədir. Bura Rusiyanın Qərbdəki seçkilərə kiberhücumların təşkili və keçmiş xəfiyyələrini müəmmalı şəkildə qətlə yetirmələri də daxildir.

Çin isə qonşularını hərbi gücüylə hədələdiyinə və uyğurlara qarşı zorakılığı davam etdirdiyinə görə hədəfdədir. Bundan başqa Çinin Qərbdəki müasir texnologiayaları xəfiyyələri vasitəsilə oğurlamağa çalışması da münasibətlərdə dərin çat yaradıb. Bu baxımdan ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, Avstraliya, Hindistan və Yaponiya Çinin regional siyasətindən narazıdırlar və Pekinə qarşı müxtəlif siyasi və hərbi bloklar formalaşdırırlar. Rusiya Çini dəstəkləsə də bu bloklar qarşı gücsüzdür.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam