Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Rusiya və Çin “birləşdi”

Rusiya və Çin “birləşdi” 

Amur çayı üzərindəki Rusiya və Çini birləşdirəcək ilk avtomobil yolu körpüsünün tikintisi başa çatıb. Çinin Heihe şəhəri ilə Rusiyanın Blaqoveşensk şəhərlərini birləşdirəcək 20 kilometrlik yolun Amur çayı üzərindən keçən hissəsində körpünün uzunluğu 1 kilometrdir. 

Yenixeber.org: 300 milyon dollarlıq layihənin tikintisi 2016-cı ildə başlayıb, açılışı isə gələn ilin aprelində olacaq. Rusiya hökuməti bu yol açıldıqdan sonra iki ölkə arasında yük daşımalarının 8 dəfə artaraq illlik 4 milyon tona çatacağını proqnozlaşdırır. Eyni zamanda Çindən Rusiyaya gedən turistlərin sayının 2 milyona çatması gözlənilir.

Bu layihənin Rusiya ilə Çin arasında siyasi əməkdaşlığı bir qədər də dərinləşdirəcəyi şübhəsizdir. Moskva və Pekin strateji müttəfiq olmasalar da Qərblə rəqabətdə mövqeləri üst-üstə düşür. Hələ bu ilin əvvəlində ABŞ-ın milli kəşfiyyat direktoru Deniel Kouts Senatdakı dinləmələrdə demişdi ki, Rusiya ilə Çin birləşərək, Amerikanın həyata keçirdiyi siyasətə qarşı çıxmaq məqsədilə əməkdaşlıq edəcəklər.

“Çinlə Rusiya ABŞ və onun müttəfiqlərinə qarşı genişmiqyaslı iqtisadi, siyasi, əks-kəşfiyyat, hərbi və diplomatik çağırışlar yaradacaqlar. Liberal inkişaf modelinə münasibətdə bir neçə ölkədə artan şübhələrdən yararlanaraq, onlar ABŞ-ın məqsədlərinə müqavimət göstərmək üçün birgə əməkdaşlıq edəcəklər.

Çin və Rusiya öz xeyirləri üçün münasib qlobal qayda və standartlar formalaşdırmaqla ABŞ-la digər Qərb ölkələrinə qarşı əks-balansa çevrilmək üçün beynəlxalq təşkilatlar vasitəsilə bir-biri ilə əməkdaşlığı genişləndirir”, - deyə Kouts vurğulamışdı.

Bu baxımdan ABŞ-ın Rusiya ilə Çin arasında iqtisadi əməkdaşlığın və bunun fonunda siyasi müttəfqiliyinin dərinləşməsinə biganə qalacağı inandırıcı görünmür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam