Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

İran haradan geri çəkilir? -ŞƏRH

                   “Yeni Xudafərin” körpüsünün və su anbarının taleyi necə olacaq? 

Yenixeber.org: Mətbuatda İran xarici işlər nazirinin Azərbaycana gələcəyi barədə məlumatlar yayılır. İRNA agentliyi isə İran parlamentində Azərbaycanla münasibətlərə dair diplomatların, xəfiyyələrin və siyasətçilərin iştirak etdiyi qapalı toplantı keçirildiyini xəbər verib. Toplantıdan çıxan cəmi bir cümləlik informasiya budur ki, Azərbaycanı və bölgəni bilən mütəxəssislərdə çox aydın təsəvvür var, bu, bölgəyə və Azərbaycan Respublikasına dair strateji sənədlərin hazırlanmasına yardımçı olacaq. Olsun. Amma bizim üçün qaranlıq qalan da elə “aydın” deyərkən nəyin nəzərdə tutulmasıdır. İran Azərbaycanla bağlı hər hansı sənəd qəbul etsə belə, bizim üçün əsas olan real siyasətin hansı addımlardan ibarət olmasıdır. 

1. İran XİN başçısı Azərbayacana gələ biləcəyi barədə açıqlama verib və deyib ki, problemləri danışaraq həll etmək lazımdır, hərbçilərin ritorikası iki ölkənin münasibətlərinə uyğun deyil. Xub! Amma danışan təkcə hərbçilər olsaydı, biz bu açıqlamanı deyildiyi kimi dəyərləndirə bilərdik. Amma İranın ali dini liderinin rəsmi səhifəsinin  həttta daha ünvanlı olsun deyə Azərbaycan dilində  tvit paylaşması və bu yazılarda Azərbaycanın hədələnməsi danılmaz faktlardır. Bununla belə, İran  baş diplomatının açıqlamasını biz bir qədər geri çəkilmək kimi qiymətləndiririk. Bundan əvvəlki təhlillərdə də bildirirdik ki, İranın  Azərbaycanla  yeni gərginlik yaratmasına Rusiya razı olmaz. Bundan əvvəl Ermənistanla olan hərbi qarşıdurma Türkiyəni bölgənin rəsmi hərbi iştirakçısına çevirdi. Bunun ardınca İranla belə bir qarşıdurma düşərsə, deməli, NATO-nun (Birləşmiş Ştatlar və Britaniya)  bölgəyə gəlmək riski var. Ona görə də, Kreml İranı daha irəli gedən addımlardan çəkindirməyə çalışıb.  

2.İran mediasında belə bir məlumat da getdi ki, Azərbaycan “bölgədəki terrorçuları” qovmağa söz verib. Rəsmi Bakının bundan əvvəlki mövqelərində Azərbaycan ərəzilərində qanunsuz fəaliyyət göstərən və yaxud da beynəlxalq birliyin terrorçu kimi tanıdığı qrupların və şəxslərin olmadığı bildirilirdi. İran mediasında belə məlumatın getməsinə Azərbaycan rəsmiləri hər hansı açıqlama verməyiblər. Güman etmək olar ki, İranın geri çəkilmək üçün  öz daxili ictimai rəyində bəhanə göstərməsinə göz yumulur. Amma  bu ittihamın uzun zamandır səsləndirildiyini və Azərbaycanın 44 günlük müharibədəki hərbi qələbəsinə terrorçu şəriklərin axtarıldığını nəzərə alsaq, Bakı bu məsələyə reaksiya verməlidir. Belə bir məlumatın üstündən sükutla keçmək  gələcəklə bağlı yeni suallar yaradacaq. Ona görə ki, İranın Azərbaycan və bölgə siyasətindən geri çəkildiyini düşünmək sadəlövhlük olardı. İran təcrübəli bir dövlət kimi öz siyasətinin formasında dəyişiklik edəcək və məzmunu ola bilsin ki, daha da qatılaşmış olacaq. Azərbaycanda 44 günlük müharibədən sonra həvəsdən düşmüş “İran kolonları” özlərinin fəaliyyətləri üçün yeni fürsət axtaracaqlar. Onlardan bir çoxu, şəxsi müşahidələrimizə əsasən, susurlar. İranın aqressiya cəhdlərinə haqq qazandıracaq qədər açıq oynaya bilmirlər, amma heç Azərbaycanın da haqlı olduğunu, özünü müdafiə etmək haqqı olduğunu demirlər. Bu isə onu göstərir ki, “islam İran deyil” tezisi güclənəcək və bir müddətdən sonra “İran islamdır”  tezisi kimi meydana çıxacaq.  Bu baxımdan Azərbaycan daxildə fikir bulandıran hər hansı tezisə meydan verməməlidir. 

3. Azərbaycan hökuməti İranla münasibətləri həll edərkən başqa bir ciddi məsələni də yoluna qoymalıdır. Bu, İranın Azərbaycan torpaqları işğalda ikən Araz üzərində tikdiyi (Azərbaycanın pulu ilə) Xudafərin su anbarının və yeni körpülərin birgə istismarı və qorunmasında Azərbaycanın da iştirakı məsələsidir. Bu məsələ həllini tapmayınca İran Azərbaycana soxulmuş sayılacaq. 

Seymur Həzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam