Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İRNA İran konstitusiyasına qarşı çıxır?

 

İRNA İran konstitusiyasına qarşı çıxır?
İranın dövlət agentliyi İRNA Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə maraqlı müsahibə dərc edib. Müsahibədə maraqlı olan təkcə erməni nazirin cavabları yox, həm də İRNA-nın verdiyi sualların qoyulşudur. Diqqəti xüsusilə cəlb edən suallardan biri də budur: “İranın Cənubu Qafqaza münasibəti regionun etnik və dini xüsusiyyətlərinə deyil, geopolitik və coğrafi amillərə əsaslanır. İranın bu yanaşmasını Ermənistan necə qiytmətləndirir?”
Yenixeber.org: Gəlin, bu sual üzərində bir qədər ətraflı dayanaq. “Vestnik Kavkaza” diqqəti ona çəkir ki, bu sualı verən iranlı jurnalist açıq-aşkar öz ölkəsini erməni nazirə tərflətməyə çalışır. Məsələ burasındadır ki, İran İslam Respublikasının konstitusiyasının 152-ci maddəsində Tehranın xarici siyasətinin əsas prinsiplərindən birinin bütün müsəlmanların hüquqlarının qorunması olduğu yazılıb. Bundan başqa, İran konstitusiyasının 154-cü maddəsində İranın bütün dünya müsəlmanlarını dəstəkləməsinin zəruriliyi birmənalı şəkildə qeyd olunub.

İranın dövlət informasiya agentliyinin erməni nazirə verdiyi suallarda müasir İran dövlətçiliyinin fundamental ehkamlarına qarşı çıxması maraq doğurur. Azərbaycana və Qarabağ münaqişəsinə münasibətdə Tehranın dini həmrəyliyinin 30 il ərzində özünü heç cür göstərmədiyi Bakıda dəfələrlə vurğulanıb. Lakin dövlət agentliyi səviyyəsində və üstəlik Ermənistan XİN-in başçısı ilə söhbətdə islam həmrəyliyini Cənubi Qafqaza, yəni regionun yeganə müsəlman dövləti Azərbaycana tətbiq etmədiyini İran ilk dəfə açıq şəkildə boynuna alıb.
Qeyd edək ki, bu cür xəbərlər İran ilə Azərbaycan arasında münasibətlərin son dərəcə kəskinləşməsi, İranın Araz çayı sahilində hərbi təlimlərə başlaması və Bakının ünvanına çoxsaylı “sionizmi dəstəkləmə” ittihamları səsləndirməsi fonunda yayılır.(azvision)
Nadir Quliyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam