Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tehran Azərbaycana dost olduğunu bildirir, lakin əməldə bunun əksini edir

Açiq mənbələrdən foto.
Tehran Bakı və Yerevanla yaxşı münasibətlər saxlayır, bu barədə bazar ertəsi İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadə Ermənistan xarici işlər nazirinin İrana səfərini şərh edərkən bildirib.

Yenixeber.org: "İkitərəfli münasibətləri inkişaf etdirmək məqsədilə Ermənistan xarici işlər nazirinin Tehrana səfəri öncədən planlaşdırılıb. Səfər çərçivəsində siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Biz Azərbaycanla da, Ermənistanla da yaxşı münasibətləri saxlayırıq", - İRNA agentliyi Xatibzadədən sitat gətirir.

Sonra o, Azərbaycanda İranla sərhəddə  "terrorçuların olması" ilə bağlı bir neçə gün öncə Tehrandan səslənən tezis təkrarlayıb. "Müharibə başlayandan biz hesabatlar aldıq və bizim azərbaycanlı həmkarlarımıza bu barədə məlumat verdik. Onlar əmin etdilər ki, başqa ölkələrə qarşı heç bir təhlükə yoxdur".

İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsinə toxunan mətbuat katibi deyib ki, Tehran Bakı ilə danışıqların davam etdirilməsinə tərəfdardır.

"Biz azərbaycanlı dostlarımıza dedik ki, İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bakı üçüncü ölkənin onun ərazisindən istifadə etməsinə imkan verməməlidir. İran öz təhlükəsizliyini təmin edə bilər, amma Azərbaycan da öz öhdəliklərini yerinə yetirməlidir", - o bildirib. Xatibzadə həmçinin iranlı sürücülərin azərbaycanlı sərhədçilər tərəfindən həbsini tənqid edib.

Beləliklə, Tehran növbəti dəfə Bakıya qarşı iradlarını təsdiqləyən hər hansı sübut və ya dəlil təqdim etməyib. Həmçinin İran Tehranın Qarabağda separatçılarla birbaşa ticarətə dəstək verməsi və ermənilərin Azərbaycanın ərazi bütövlüyünü pozmasına məhəl qoymaması barədə ittihamlara da cavab verməyib.(Turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam