Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Smolnıda qeyri-adi hadisə - yanğınsöndürənlər Leninin xidməti avtomobilini necə qaçırıblar?-Tarixi faktlar

 

Hər hansı bir dövlət başçısının xidməti avtomobilini çoxsaylı mühafizəçilərin gözü qarşısında iqamətgahın qarşısından qaçırmaq yəqin ki, ağlasığmaz bir işdir. Nə qədər ağlasığmaz və təəccüblü görünsə də, tarixdə belə bir hadisə baş verib. Vladimir İliç Leninin xidməti avtomobili Smolnının əsas giriş qapısında “yox”a çıxıb.

Yenixeber.org: Oktyabr inqilabından sonra, 9 noyabr 1917-ci ildə Lenin üçün yeni xidməti avtomobil və sürücü ayrılıb. Proletarların rəhbərinin avtomobili Fransa istehsalı olan “Turkat-Mery” maşını olub. Lenin üçün sürücü Petroqraddakı qarajların birindən seçilib.  Sürücü Stepan Qil sonralar yazdığı xatirələrdə həmin günü belə xatırlayıb:

“Mən Leninlə inqilabdan üç gün sonra tanış olmuşam. Petroqraddakı (Sankt-Peterburq) ən böyük qarajların birində işləyirdim. Noyabrın 8-də iş gününün sonunda məni qarajın həmkarlar ittifaqına çağırdılar. Dedilər ki, qarajda olan ən yaxşı maşını seçim və səhər tezdən Smolnıda olum. Onu da bildirdilər ki, mən Leninin sürücüsü işləyəcəm. Nəyə görə məni seçmişdilər, bunu deyə bilmərəm. Yəqin ki, peşəkarlığım nəzərə alınmışdı. Səhəri gün “Turkat-Mery” maşını ilə Smolnıya yollandım. Smolnıda tanımadığım bir-iki nəfər mənimlə söhbət apardı, mənə təlimat verdilər. Təxminən bir saatdan sonra isə ilk dəfə Lenini gördüm. Binadan üç nəfər çıxdı, ikisi hündürboylu adamlar idi, üçüncüsü isə Lenin. O mənə yaxınlaşıb salam verdi və soruşdu:

-Sizin soyadınız necədir?

Cavab verdim:

-Stepan Qil.

Lenin gülümsəyərək əlini mənə uzatdı:

-Çox yaxşı, bu gündən sonra biz birlikdə işləyəcəyik.

O, ilk gündən mənim yaddaşımda belə qaldı, gülərüz və mehriban. İşim çox da rahat deyildi. Lenin bütün günü hərəkətdə olurdu, iclaslar, görüşlər, qısa səfərlər və s.”

İki ay keçməmiş Stepan Qil gözlənilməyən bir hadisə ilə üzləşib. 1918-ci ilin yanvar günlərinin birində Lenini görüşdən Smolnıya gətirdikdən sonra Stapan Qil Smolnıda onun üçün ayrılmış otağa çay içməyə qalxıb. 15 dəqiqə keçməmiş Smolnı mühafizəçilərindən biri təngnəfəs onun yanına qalxaraq bildirib ki, Leninin maşınını oğurlayıblar. Stepan Qil mühafizəçinin zarafat etdiyini zənn edib. Smolnının həyəti silahlı mühafizəçilərlə dolu olduğu bir halda, Leninin xidməti avtomobili Smolnıdan hər dəfə çıxanda buraxılış vərəqəsi göstəridiyi bir təqdirdə maşın necə yoxa çıxa bilərdi? Stepan Qil tələsik həyətə düşüb və məlum olub ki, həqiqətən də avtomobil qaçırılıb.

Stepan Qil hadisə ilə bağlı dərhal Xalq Komissarları Sovetinin işlər idarəsinin müdiri Bonç Bruyeviçə məruzə edib. Bruyeviç bu haqda Leninə məruzə etməkdən imtina edib, sürücüyə məsələnin Leninə özü deməyini tövsiyə edib.

Stepan Qil Leninin kabinetinə gedib, hadisəni məruzə edib. Lenin əsəbi halda sürücünü kabinetdən qovub:

Bu, özbaşınalıqdır. Yoldaş Qil, indi məsələ belə olacaq, gedin haradan istəyirsinizsə maşını axtarıb tapın. Siz maşını tapmayınca mənə başqa birisi sürücülük edəcək. Çıxın kabinetdən.

Qaçırılmış avtomobilin axtarışına əsgərlər və çekistlər cəlb ediliblər. Stepan Qilin sürücü yoldaşları da axtarışa başlayıblar. Nəhayət, üç gündən sonra avtomobil şəhərin kənarında yerləşən yanğınsöndürmə məntəqəsinin qarajından tapılıb. Məlum olub ki, avtomobili Smolnıda xidmət edən yanğınsöndürənlər qaçırıblar. Onlar saxta buraxılış vərəqəsi düzəldərək maşını asanlıqla aparıblar. Məqsədləri ara sakitləşəndən sonra maşını rəngləyərək Finlandiyaya aparmaq və orada satmaq olub.

Stepam Qil maşını yuyub səliqəyə saldıqdan sonra Smolnıya sürüb, sevincək Leninin kabinetinə gedib. Lenin onun üzündəki sevincdən anlayıb ki, maşın tapılıb:

Təbrik edirəm, yoldaş Qil, biz yenidən bir yerdə hərəkət edəcəyik.

Qeyd edək ki, 1988-ci ildə Moskvada anadan olan Stepan Qil inqilaba qədər Petroqradda imperator qarajında işləyib. 1917-ci ildən Leninin sürücüsü olub. 1918-1920-ci illərdə xüsusi təyinatlı qarajın rəisi vəzifəsində çalışıb. Leninin vəfatından sonra o, bir müddət SSRİ-nin baş prokuroru Andrey Vıçınskinin və Anastas Mikoyanın sürücüsü olub.

Stepan Qil 1966-cı ildə vəfat edib. O, Moskvada, Novodeviçye qəbiristanlığında dəfn olunub.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam