Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“HƏM BAYDEN, HƏM DƏ PUTİN QALİB GƏLDİ” -“ABŞ-Rusiya sammiti Bayden üçün uğursuzluqla nəticələnə bilərdi”

 

Bayden-Putin sammiti nüvə silahının məhv edilməsinə və ya dünyada sülhün bərqərar olmasına gətirib çıxarmadı.

Yenixeber.org: Gəlin, ilk öncə bu görüşün hansı təəssürat yaratmasından başlayaq. Bu sammit hər iki tərəf üçün faydalı oldu və öz mövqeyinin üstündə möhkəm dayandığını dünya arenasında göstərmək üçün Co Baydenə yaxşı imkan verdi. Vladimir Putin üçün isə bu görüş Rusiyanın xüsusi əhəmiyyət daşımasının özünəməxsus nümayişiydi. Bayden bu dəfə artıq öz rəqibinin üzərinə əsassız tənqidlə yürümədi. Sammit ABŞ və Rusiya üçün işgüzar münasibətlər çərçivəsində keçdi.

Bayden üçün bu sammit uğursuzluqla nəticələnə bilərdi. Çünki ABŞ-da hər iki partiyanın şahinləri bəyan edirdilər ki, Putinlə görüşmək Baydenin ona olan hörmətinin ifadəsidir. Sözsüz ki, bu, tamamilə yersiz ittihamdır və bəllidir ki, Rusiyaya münasibətdə Bayden heç zaman ikili mövqe tutmayıb.

Digər yandan isə Putin 1961-ci ilin iyununda Vyanadakı görüşdəki kimi Nikita Xruşovun Con Kennediyə qarşı göstərdiyi münasibətə oxşar şəkildə nə Baydeni “emaldan keçirdi” nə də ki, onu qorxutdu.

Hər halda, Baydenin bu sammitdə nəyə nail ola biləcəyi barəsində öncədən realist təsəvvür vardı. Putinlə görüşməzdən öncə o, həm “G7” və həm də NATO sammitində öz dəstəyini möhkəmləndirə bilmişdi. Hər şeyin rəvan getməsinin səbəblərindən biri də Ağ ev administrasiyasının bu görüşə bütün incəliklərinə qədər hazırlaşmasıdır.

 

  

Baydenin sammitdən gözləntiləri böyük deyildi. Görüşdən sonra Bayden bildirib: ”Yekunda mən prezident Putinə dedim ki, bizim hamımızın daim riayət edə biləcəyimiz bəzi əsaslı oyun qaydaları olmalıdır”.

Həqiqətən də Bayden və Putin Vaşinqton və Moskva arasındakı diplomatiyanın bərpası istiqamətində bir neçə ilkin addımlar ata bilərlər. Vaşinqton və Moskvadakı səfirlər öz işlərinə geri qayıdırlar. Tərəflər həmçinin, kibertəhlükəsizlik və strateji silahlar üzərində nəzarət məsələləri üzrə dialoqun davam etdiriləməsinə razılaşıblar. Onlar müştərək bəyənatlarıyla ”nüvə müharibəsində qalib ola bilməz və o, heç zaman başlamamalıdır”prinsipinə sadiq qaldıqlarını təsdiq ediblər.

Moskvanın həll etməli olacağı digər məsələlər içərisində Ukrayna və Suriyadakı hadisələr mühüm yer alır. Belə ki, Bayden Putinə bildirib ki, o, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin dönməz tərəfdarıdır.

 

 

Baydenin səyləri ABŞ və Rusiya əlaqələrindəki donmuş vəziyyətin buzunun əridilməsinə və Çinə qarşı mübarizəyə səfərbər olmağa yönəlib. Hələ ki, Baydenin milli təhlükəsizlik məsələləri komandasına rəhbərlik edən Çeyk Sallivan(Jake Sullivan) və Conatan Fayner(Jonathan Finer) bunun öhdəsindən uğurla gəlirlər. Bayden bu barədə deyib: ”Mən nəyin naminə buraya gəlmişdimsə, onları həll etdim”

İndi əsas məsələ ondadır ki, görəsən, Cenevrə sammiti birdəfəlik tədbirdir, yoxsa yaxın illərdə Rusiya ilə ABŞ arasında iri miqyaslı müqavilə imzalanmasının baş repetisiyasıdır. Hər halda, Cenevrədəki sammit yaxşı başlanğıcdır.

“The National Interest” - ABŞ

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam