Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Putinin təklənmə paradı

        Faşizm üzərində qələbənin 76-cı ildönümü arxada qaldı. Amma gələcəyə dair bəzi tablolar cızdı.

Yenixeber.org: Rusiya prezidenti Vladimir Putin qələbə paradını, demək olar ki, tək qəbul etdi. Ona görə “tək” ki, faktiki olaraq, Rusiyada Tacikistan prezidenti İmaməli Rahmonu siyasi fiqur kimi elə də ciddiyə almayıblar. Yəni, Putinin yanında onun özünün də çox ciddi qəbul etmədiyi İmaməli Rahmondan başqa kimsə yox idi. Bu tablo diqqətdən qaça bilməzdi. Qaçmır da. Putin və Rusiya ətrafında uzun zamandır cərayan edən proseslərin hansı nəticə doğurduğunu aydınlaşdırmaq üçün ən mühüm fürsət, təbii ki, bu parad oldu.

Beləliklə, hitlerizmin üzərində qələbənin 76-cı ilini qeyd və müşahidə edərkən…

               Birinci faktor – Baydenin “qatil” dediyi ölkə başçısı ilə yanaşı görünməmək

Aydın məsələdir ki, Putinin təklənmsində ən mühüm rol oynayan faktor ABŞ prezidenti Cozef Baydenin telemüsahibəsində Putini “qatil” adlandırması oldu. Bayden həmin “qatı” ifadəni hansı əsasla işlətdi?

Navalnı məsələsi elə miqyas almışdı ki, Putinin bu işin arxasında olmasını elan etmək heç bir əlavə məsuliyyət yaratmırdı. Əksinə, beynəlxalq ictimai rəydə əksəriyyət bunu cəsarət və sərrastlıq kimi qiymətləndirirdi.  Buraya Nemtsovun da qapalı qalmış qətlini əlavə etsək, Putin əleyhinə “qovluq” böyüyür. Bəllidir ki, “qatil” ifadəsi təsadüfən seçilməmişdi və onun ABŞ liderinin dilindən səslənməsi gərgin diplomatik işə səbəb oldu. Bu, açıq və qapalı reaksiyalar doğurdu, o çağadək qeyri-müəyyən mövqe bildirən ölkələr üçün aydın ifadə olunmaq və mövqe bildirmək zərurəti yaratdı.   Beləliklə, “qatil” ilə yanaşı görünmək həm də onun əlinin batdığı “qan”a şərik olmaq demək idi və görünür ki, belə şəriklik heç kimə sərf etməyib.

                             Ukrayna səfərbərliyi – ikinci cəbhə

Rusiya ilə Qərbin ikinci cəbhə xətti Ukraynadır.  Son zamanlar bölgədə yaranan gərginlik və Kremlin Ukrayna sərhədinə qoşun yığması (sonradan ordu geri çəkildi) vəziyyəti daha da qəlizləşdirdi. Söhbət həm də ondan gedir ki, faşizm üzərində qələbə paradında Rusiya rəhbərinin yanında olmalı olanlar sonuncu addımında Putini həm də özləri üçün təhlükə gördülər. Ukrayna bir vaxt Hitlerin caynağında qana boyanmışdı, bu gün onu Putinin əlləri parçalayır. Bunu görən Şərqi Avropa ölkələri və digər keçmiş müttəfiqlər Putinin yanında dayanmamaq üçün nə lazımdırsa, edərdilər. İndiki halda bu elə də böyük fədakarlıq tələb etmir, siyasi iradə və dünyaya sağlam baxış kifayət edir.

                                 Bəs, “digərləri” harada idilər?  

Putinin yanında olmaq istəyib, ola bilməyənlər var idimi? Güman ki, var idi. Belələrinin müxtəlif bəhanələrlə tədbirə qatılmaqdan boyun qaçırmaları isə Putinin gəmisində çıxan yanğın və onun ətrafına tökülmüş “qətran çəpəri”dir. Bu cür çəpərdən orta əsrlərdə düşmən gəmisini yandıranda istifadə edərdilər. Məqsəd kömək etmək üçün və qaçmaq üçün cəhd edənlərin yolunu bağlamaq idi. Güman ki, Rusiyanı gözləyəcək daha ciddi sanksiyalardan xəbərdar olanlar Putinin “gəmisi”ndə görünmək istəməyiblər. Hətta Orta Asiya liderlərinin tədbirə qatılmaması deməyə əsas verir ki, vəziyyət təsvir olunandan daha ciddidir. Putin bunu olduğu kimi anlayacaqmı? Yoxsa, Xankəndidə rus ordusunun təntənəli düzülüşü ilə sonuncu xoşbəxtliyini yaşayacaq? İzləyək…

Seymur Həzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam