Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Moskvada-Qələbə paradı başladı

Rusiyanın paytaxtı Moskva şəhərində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı başlayıb.

Yenixeber.org: Parad ənənəvi olaraq Qırmızı meydanda keçirilir.

Budəfəki mərasim digərlərindən daha genişmiqyaslı olacaq. Belə ki, tədbirin ötən paradlardan 30 dəqiqə daha uzun sürəcəyi gözlənilir.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun sözlərinə görə, paradda 10 ölkə rəhbəri iştirak edir. Bunlar Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovina Rəyasət heyətinin üzvü Milorad Dodik, Serbiya prezidenti Aleksandr Vuçiç, Tacikistan rəhbəri Emomali Rəhmon və Özbəkistan prezidenti Şavkat Mirziyoyevdir.  

Mərasimdə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edir.

Paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edir. Paradda hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olacaq. 

Tanınmayan Abxaziya və Cənubi Osetiya “respublika”larının rəhbərləri də paradda iştirak edir.

Qeyd edək ki, parad ənənəvi olaraq mayın 9-da keçirilir, lakin koronavirus pandemiyası ilə əlaqədar tədbir iyunun 24-nə ertələnib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam