Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kreml müharibə “fiti” verir-ŞƏRH

 

Yenixeber.org: Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bəyan edib ki, NATO və ABŞ öz qoşunlarını bu ölkə ilə sərhəddə cəmləşdirir. O bildirib ki, hərbi qüvvələrin hərəkəti Baltik bölgəsində və Qara dəniz hövzəsində  davam edir. Qərbin müharibəyə hazırlaşdığına bu işarələr bəzi suallar yaradır. Moskva baş verənləri dəqiq qiymətləndirə bilirmi? Yaxud proseslərin nəticəsini proqnozlaşdırmağa cəhd edirmi? Müdafiə nazirinin açıqlaması bölgədə müharibənin daha bir anonsu sayıla bilərmi? Beləliklə, cavabları gözdən keçirək.

                      NATO “savaşanlarla savaşacağıq” demişdi…

Rusiyanın qlobal siyasətə zorakı müdaxilələrinə Qərbdən ilk reaksiyaların verildiyi vaxtlarda NATO baş katibi Stoltenberq demişdi ki, əgər Rusiya müharibə istəsə, biz savaşacağıq. Bəli, bu ilk müharibə anonsu idi. İkinci anons isə NATO dövlətləri XİN başçılarının zirvə toplantısında qəbul edilmiş bəyanat oldu. Həmin sənəddə Rusiyanın dünya siyasətində oynadığı neqativ rol açıq göstərilmiş və qeyd edilmişdi ki, NATO istər real, istərsə də virtual istiqamətlərdə təhdidləri cavabsız qoymayacaq. Lazım olan cavabı verəcək.

                                         ABŞ koalisiya qurur

ABŞ-ın Rusiya əleyhinə koalisiya hazırlığında olduğu nəzərə çarpırdı. Sözsüz ki, bu hazırlıqlar NATO-AB formatında ölkələrin və hər iki quruma yaxın dövlətlərin resurslarını səfərbər etməkdən, qarşı tərəfin siyasi gücünə zərbə vurmaqdan və ağır iqtisadi sanksiyalarla onun ümumi immunitetini zəiflətməkdən ibarətdir. Son açıqlamasında AB Rusiyanı beynəlxalq SWIFT  əməliyyatlarından uzaqlaşdıra biləcəyini ifadə etdi. Belə bir sanksiyanın bütün Rusiya üçün nə demək olduğunu İran təcrübəsindən görmək mümkündür. Hələ onu da nəzərə almalıyıq ki, İran dövləti Rusiya qədər dəhşətli korrupsiya və “qara iqtisadiyyat” girdabına yuvarlanmış ölkə deyildi. Üstəlik, İranın Qərblə iqtisadi əlaqələri də o həddə deyildi ki, sanksiyalar onu tam çökdürməyə kifayət edə bilsin. Bu isə o deməkdir ki, geniş sanksiyaların Rusiyaya zərbəsi qat-qat təsirli olacaq. Deməli, Qərb açıq şəkildə müharibəyə doğru gedir. Əslində müharibə başlayıb, sadəcə, odlu silahların tətbiqi mərhələsinə keçməyib. Klassik dillə desək, “Rusiya  qalası artıq mühasirədədir”.

                                         Kremlin “reallıq hissi sindromu”

Kreml hələ ki 1989-cu ilin Əfqanistan böhranına doğru gedir. “Nə qədər imkan varsa, dirənmək” taktikası SSRİ üçün qəfil çöküşlə nəticələndi. Son ana qədər dünyaya meydan oxumaq həvəsi imperiyanı təkcə meydanı məğlub ölkə kimi tərk etmək məcburiyyətində qoymadı, həm də onun parçalanmasını və süqutunu sürətləndirdi. Biz Kremlin o zaman bu prosesi nə qədər anlaqlı apardığını deyə bilmərik. Amma proses o dərəcədə sürətli və ardıcıl idi ki, xeyli əlavə suallar yaratmışdı. Hətta bir çox ciddi dairələrdə Qorbaçovun özünün rəhbərlik etdiyi, dünyanın böyük dövlətlərindən olan SSRİ-ni bilərəkdən dağıtdığı fikrini səsləndirməkdən çəkinmədilər.

İndiki halda da könüllü şəkildə bataqlığa girmiş birinin bu addımları hansısa “irəliləyiş strategiyası”na uyğun atdığını düşünmək çətindir. Həmin addımlardan biri “Suriya cəbhəsi” idisə, digəri getdikcə genişlənməkdə olan “Ukrayna cəbhəsi”dir. Buraya Gürcüstan və Azərbaycana silahlı qüvvələr yeritmək kimi qərarları da əlavə etsək, deyə bilərik ki, Putin bataqlığa belində yüklə girib. Çünki hər iki ölkə Şərq Tərəfdaşlığı proqramı şərçivəsində AB-nin əməkdaşlıq etdiyi ölkələrdəndir. Hələ 2020-ci ilin yazında Avropa Parlamenti qəbul etdiyi qərarda Rusiyanı Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin daxili işlərinə qarışmamağa çağırırdı. Putin isə bu çağırışa qonşu ölkələrin daxilində hərbi mövcudluğunu artırmaqla cavab verdi.

Görünən odur ki, Kreml hələ də bu prosesə psixoloji müharibə kimi baxır və “dişini sıxır”. Yəni, gedişi düzgün qiymətləndirə bilmir.  Hətta bir qədər də irəli gedib demək olar ki, daha strateji proqnozlaşdırma həyata keçirmək fikrində görünmür. Çünki belə planlaşdırma üzərində düşünmək  komanda daxilində parçalanmalara səbəb olan başqa düşüncələr yarada bilər. Bütün avtoritar liderlər kimi, Rusiyanın hazırkı lideri Putin də prosesi totalitar metodlarla aparmaq istəyir. Hara? Hələ ki onun özünə də tam bəlli deyil. Əsas öz maraqları naminə rus xalqını döyüşə hazırlamaqdır. Ancaq “Navalnı işi” göstərdi ki, bu, elə də asan prosesə oxşamır.

 Seymur Həzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam