Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Paşinyan çevriliş cəhdini dəf etdi-ŞƏRH

Baş nazir rəqiblərini dövləti cinayətə, antikonstitusion əməllərə təhrik edərək onları zərərsizləşdirmək imkanı qazanıb

Yenixeber.org: Müharibədən sonra Ermənistanda davam edən siyasi böhran məntiqi nəticəsinə gəlib çatdı. Baş nazir Nikol Paşinyana qarşı keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın dəstəyi ilə həyata keçirilən silsilə etiraz aksiyaları cəmiyyətdən yetərli dəstək almadı. 16 siyasi partiyanın qoşulduğu aksiyalara ölkənin keçmiş siyasi elitası, keçmiş hərbçilər və sonralar Paşinyan komandasından istefa verən şəxslər qoşulmuşdu. Bu qüvvələr Rusiya tərəfindən dəstəklənirdi və onlar da bu əlaqələri gizlətmirdilər. Müxalifətin elan etdiyi əsas hədəflər Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq, Rusiya ilə inteqrasiyanı dərinləşdirmək və 44 günlük müharibədə itirilmiş əraziləri geri qaytarmaqdan ibarət idi.

Paşinyan 3 aydan çox davam edən etirazlara dözdü və hücumları neytrallaşdıra bildi. O, əvvəlcə müxalifəti növbədənkənar seçkilərə dəvət etdi, rədd cavabı aldıqdan sonra əks-hücuma keçdi. Paşinyanın əlini gücləndirən əsas amil xalqın uzun illər hakimiyyətdə olmuş “Qarabağ klanı”na mənfi münasibətidir. Bu qüvvələr son parlament seçkilərində yetərli səs alıb, deputat mandatı qazana bilməmişdilər.

Baş nazirin əsas uğuru budur ki, müharibədəki məğlubiyyətin məsuliyyətini keçmiş elitanın üzərinə qoya bildi. Paşinyan bəyan etdi ki, hakimiyyətə gəldiyi cəmi iki il ərzində orduda və müdafiə sektorunda fundamental dəyişikliklər apara bilməzdi. Rəqiblərinin, habelə Rusiya mediasının bütün gözdənsalma kampaniyalarına rəğmən, cəmiyyətin əhəmiyyətli hissəsi onu haqlı saydı. Bunu müstəqil beynəlxalq sorğu mərkəzlərinin keçirdiyi sorğular da təsdiq edir. Məsələn, iki həftə əvvəl “Gallup” sorğu mərkəzi elan etdi ki, Ermənistan əhalisinin 33 faizi Paşinyanı dəstəkləməyə hazırdır. Respondentlərin üçdə biri isə Qarabağda məğlubiyyətin əsas səbəbkarları arasında ilk sırada baş naziri göstərməyib. Çoxluq hesab edir ki, Köçəryan-Sarkisyan ittifaqının yaratdığı problemlər məğlubiyyətin əsas səbəbidir.

Beləliklə, rusiyapərəst müxalifət bu mərhələdə uğur qazana bilmədi. Fevralın 18-də İrəvanda keçirilən mitinqdə müxalifətin lider kimi önə çıxardığı Vazgen Manukyan bəyan etmişdi ki, Paşinyanı qiyam yolu ilə dəyişməyə çalışacaqlar. O, orduya, polisə və xüsus xidmət orqanlarına müraciət edərək qiyama dəstək istəmişdi. Sonucda baş nazirin Rusiyanın məşhur “İsgəndər” raketləri ilə bağlı dedikləri odun üstünə yağ tökdü və müxalifət hərəkətə keçdi. Paşinyanın bu bəyanatına Rusiya siyasi dairələrindən verilən qəzəbli reaksiyalar düymənin əslində Moskvadan basıldığına işarə idi. Baş Qərərgah rəisi Onik Qasparyan və daha 41 general və ordu komandanlarının imza atdığı bəyantla hərbi qiyama start verildi. Müxalifət, o cümlədən sabiq prezident Reobert Koçaryan dərhal qiyamı dəstəklədi və tərəfdarlarını küçəyə çağırdı.

Paşinyan bu zərbədən özünü itirmədi, o Baş Qərargah rəsinin vəzifədən azad etdi və Konstitusiya quruluşunu, xalqın iradəsi ilə seçilən hakimiyyəti qorumaq üçün tərəfdarlarını meydana çağırdı. Qısa müddətdə İrəvanın Respublika meydanı baş nazirin minlərlə tərəfdarı ilə doldu. Müxalifətin eyni saatda təyin etdiyi aksiya bununla müqayisədə sönük təsir bağışlayırdı. Paşinyan tərəfdarları qarşısında çıxışında bəzi qüvvələrin ordunu xalq və anti-konstitusion proseslərə cəlb etməyə çalışdığını söylədi:

“Orduya əmr verirəm: əsgər və zabitlər işlərini görsünlər. Ermənistanın sərhədlərini qorumaq onların əsas vəzifəsidir. Bu, xalqın iradəsinin təmsilçisi olaraq mənim əmrimdir. Heç kimin bu əmri pozmağa haqqı yoxdur. Xalq heç vaxt ölkədə hərbi çevrilişə yol verməz. Mən bilirəm ki, bir çox general və zabit rəhbərlərinin təzyiqi altında məlum bəyanata imza atıblar. Ancaq gizlətməyək ki, uzun illər ordu hesabına zənginləşənlər bu gün də silahlı qüvvələrdəki təsirini qoruyub saxlayır”.

Ermənistan Polisi (Daxili İşlər Nazirliyi), Milli Təhlükəsizlik Xidməti və Baş Prokurorluq da qanuni hökuməti müdafiə edib. Müdafiə Nazirliyinin bəyanatını isə qiyamçılara ən ağır zərbə hesab etmək olar. Nazirlik bəyan edib ki, ordunun siyasi proseslərə qoşulması yolverilməzdir.

Qiyam cəhdinə xaricdən ən operativ reaksiya Rusiya və Türkiyədən gəldi. Moskva və Ankaranın hadisələrə verdiyi qiymət ciddi çəkildə fərqlənir. Rusiya hadisələri Ermənistanın daxili işi adlandırsa da, Türkiyə açıq şəkildə bunu seçilmiş hökumətə qarşı çevriliş cəhdi kimi qiymətləndirdi. Moskvanın mövqeyi əslində qiyama dəstək anlamına gəlir. Bu gün Baş Qərargahın bəyanatından sonra İrəvan səmalarında görünən hərbi təyyarələrin də Rusiya hərbi bazasından qalxdığı barədə məlumatlar var.   

Azərbaycanın reaksiyasına gəlincə, bunu prezident İlham Əliyev dolayı şəkildə ifadə etdi. Dövlət başçısının reaksiyasından belə ehtimal etmək olur ki, rəsmi Bakı Ermənistanda hərbi qiyamın uğur qazanmasını istəmir:

“Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir. Bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı risk hiss etsinlər”.

Beləliklə, Ermənistanda rusiyapərəst müxalifətin hakimiyyəti devirmək cəhdinin ən azı bu mərhələ üçün iflasa uğradığını demək mümkündür. Ölkənin əsas hakimiyyət institutları və güc strukturları qanuni hakimiyyəti müdafiə etdi. Bəzi müşahidəçilərə görə, əslində Paşinyan “İsgəndər” raketləri ilə bağlı məlum bəyanatı verməklə rəqiblərini vaxtından əvvəl, özünə sərfəli zamanda meydana çıxararaq əzməyi hədəfləmişdi. Belə görünür, baş nazirin strategiyasını özünü doğruldub. Çünki bəzi erməni müxalifləri bildirirlər ki, Paşinyan Ərdoğan kimi hərəkət etdi. (2016-ci ildə türk ordusu içərisindəki fətullahçıların çevrilş cəhdinin qarşısının alınması nəzərdə tutulur.) Paşinyan rəqiblərini təxribata, antikonstitusion məcraya cəkərək onları darmadağın etmək şansı qazandı.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam