Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Status danışıqları”nın ilkin şərti-Hərbdən diplomatiyaya kimlərlə keçməli?

 

 

Yenixeber.org: Azərbaycan dövlət başçısı Qarabağ uğrunda müharibənin bitdiyini deyir. İlham Əliyev atəşin rəsmən dayandırıldığı 10  noyabr tarixindən bəri bildirir ki, heç bir statusdan da söhbət gedə bilməz. Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Bəyanatda da atəşkəs rejiminin tətbiqi ilə yanaşı, heç bir statusdan söhbət getmir. Yəni, razılaşma sənədində “Dağlıq Qarabağ”ın statusu mübahisəli və ya açıq saxlanılan məsələ deyil.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin isə bu razılaşmadan bir neçə gün sonra status məsələsinin açıq qaldığını və sonra müzakirə ediləcəyini  bildirdi. Nəhayət, 11 yanvar 2021-ci il tarixli Moskva görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan da bu fikri təkrarladı, söylədi ki, status məsələsi  müzakirə  olunmalıdır.

Beləliklə, 10 noyabr sənədini imzalayan üç tərəfdən, birbaşa desək, elə üç şəxsdən ikisi status məsələsinin açıq qaldığını deyir. Bu vəziyyətin doğuracağı nəticə, təbii ki, danışıqlardır. Danışıqlar isə müəyyən format və ilkin şərtləri zəruri edir. Elə isə bu danışıqlar kimlərin arasında, hansı formatda və hansı ilkin şərtlərlə başlana bilər və ya başlanmalıdır?

                                          Bakının  mövqeyi barədə

Hadisələrin 27 sentyabr 2020-ci ildən bəri xronikasını gözdən keçirəndə görürük ki, İlham Əliyevin “status bitdi, heç bir statusdan söhbət gedə bilməz” açıqlaması Rusiyanın bölgəyə girişi ərəfəsində müəyyən razılaşmanın ifadəsi olub. Həmin tablonu göz önünə gətirək: Azərbaycan qoşunlarının mütləq üstünlüyü şəraitində Bakının irəli sürdüyü şərtlər çıxılmaz vəziyyətə düşmüş Ermənistan tərəfindən qəbul edilməliydi, Rusiya isə Ermənistanın əvəzində müqavimət göstərməyin o məqamda işə ziyan vuracağını düşünürdü.

Lakin sonradan bir sıra razılaşdırılmış müddəaların çətin icra olunduğunu və ya hələ də icra olunmadığını görürük. Deməli, Rusiya Azərbaycana nə adla olur-olsun, ordu yeridənə qədər özünü qəsdən təmkinli və konstruktiv göstərib. Ardınca isə tərəflərin razılaşdırdığı şərtlər bir yana, yeni şərtlər diktə etməyə başlayıb. Bunu sülhməramlıların xidmət bölgəsinə dair “xəritə oyunları” timsalında aydın gördük (xidmət və hərəkət xəritələrini vaxtaşırı, həm də Azərbaycanın maraqları ziddinə dəyişdirməyə cəhdlər göstərilir.)

Şübhəsiz ki, razılaşdırılmış ilkin şərtlər çərçivəsində proses davam etsəydi, Bakının mövqeyi haqlı idi və status barədə söylənilən həmin fikri təkrarlamaq əsaslı olardı. Amma indi vəziyyət dəyişib, tərəflərdən ikisi müzakirələrin vacibliyini irəli sürür. Biz bu müzakirələrdən imtina etsək, o zaman hazırkı status-kvonu dəstəkləmiş oluruqmu?

                                               Nədir indiki status-kvo?

Azərbaycan hələ də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əskərana inzibati nəzarətə malik deyil. Orada ikili rəhbərlik hökm sürür: Rusiya sülhmərəmlılarının faktiki hakimiyyəti və separatçı rejimin yenidən formalaşdırdığı, revanşist ermənilərin hibrid hakimiyyəti. “Rusiya daha çox separatçıların yanında görünür” desək, yanılmarıq. Bu status-kvo Azərbaycana uyğundurmu? Suala cavab üçün tələsmək lazım deyil. Bizi sadəcə, bir məsələ düşündürməldir ki, tələsməsək, orada vəziyyət necə dəyişəcək? Hətta qarşı tərəflərin özləri üçün də bu status-kvo qalıcı ola biləcəkmi? Bunlar isə əsas suallardandır.

Deməli, bütün hallarda dəyişiklik, eyni zamanda danışıqlar qaçılmazdır.

                                           Çavuşoğlunun mesajı kimə idi?

Əslində yuxarıda bəhs etdiyimiz “danışıqlar formatı” məsələsi süni çərçivələrdən çıxıb təbii məcrasına keçir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə telefon danışığı çox maraqlı idi. Onun 11 yanvar görüşündən həmən sonraya təsadüf etməsi isə xüsusilə diqqəti cəlb edirdi.

Ərdoğanın Putinə: “Elə etməliyik ki, Qarabağda nə barış gücünə (Rusiya sülhməramlıları – red.), nə də sülh müşahidəçilərinə (monitorinq mərkəzindəki Türkiyə hərbçiləri – red.) ehtiyac olsun” söyləməsi, açıq şəkildə  “Orada yerinizi çox bərkitməyin, çox qalmayacaqsınız” demək idi. Bunun ardınca Türkiyə XİN rəhbəri Çavuşoğlu da “Laçın dəhlizindən keçmək üçün Azərbaycandan icazə alınmalıdır” bəyanatı ilə Rusiyaya Qarabağda qanunsuz addımlar atdığını xatırlatdı. Üstəlik,  “müzakirə olunacaq bütün statuslar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacaq”, dedi.

Çavuşoğlunun son açıqlamasını biz yuxarıda dediyimiz ilkin şərt saya bilərik. Çünki rəsmi Bakı da ərazi bütövlüyü məsələsini birmənalı olaraq “qırmızı xətt” elan edib. Bu isə bizi qarşıda ciddi bir diplomatik işin gözlədiyini, bununla belə, meydanda tək olmadığımızı deməyə əsas verir.

O ki, qaldı format məsələsinə, əlbəttə, indiki tərkibi ilə Minsk Qrupu Azərbaycan cəmiyyətində etimad bəslənəcək vəziyyətdə deyil. Amma bu iş tək Rusiyaya da etibar edilə bilməz. Biz Türkiyənin iştirakı ilə Almaniya, yaxud Britaniyanın da qoşulduğu danışıqlar formatına nail olmalıyıq. Məhz bu halda Rusiyanın münaqişənin indisi və gələcəyi üzərindəki monopolist təsirləri azalar və yekun ədalətli həllə yaxınlaşmaq mümkün olar.

Seymur Həzi

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam