Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

SSRİ-nin miskin və sönük son günü – Qorbaçovun Kremldən urvatsız yola salınması 

 

 

Yenixeber.org: 25 dekabr 1991-ci il... Bu tarixdə 20-ci əsrin ən yaddaqalan hadisələrindən biri baş verib. Məhz həmin gün əsrin iki superdövlətindən biri olan SSRİ-nin süqutu günü kimi tarixə həkk olunub. Bununla yanaşı, bu tarix SSRİ-nin ilk və sonuncu prezidenti olan Mixail Qorbaçovun prezident qismində sonuncu iş günü kimi də yadda qalıb.

Əslində SSRİ-nin dağılması ilə bağlı 25 dekabr tarixi formal bir xarakter daşıyıb. Çünki son 3-4 ayda ölkədəki siyasi proseslər artıq SSRİ-nin yoxluğunu labüd edib. İki gün öncə, 23 dekabrda Mixail Qorbaçovla Boris Yeltsin arasında 10 saatdan artıq davam edən görüşdə isə SSRİ-nin tabutuna sonuncu mismarlar çalınıb. Rəsmiyyət isə dekabrın 25-i tarixinə saxlanılıb.

Həmişə təmkinli olmağa çalışan Qorbaçov həmin gün emosiyalarını gizlədə bilməyib. Adəti üzrə səhər saatlarında işə başlayan Qorbaçov dekabrın 25-də də eyni vaxtda Kreml kabinetində növbəti və sonuncu iş gününə başlayıb. Kabinetə birbaşa olunan ilk zənglər (cəmisi bir neçə nəfərin buna səlahiyyəti olub, o cümlədən Raisa Qorbaçovanın da) prezidentə iş gününün heç də sakit keçəcəyini vəd etməyib.

12-pic905-895x505-49882.jpg (79 KB)

Beləliklə, ilk zəng saat 11-12 radələrində Raisa Qorbaçovadan gəlib. Birinci ledi həyat yoldaşına bildirib ki, Kremlin təsərrüfat idarəsinin nümayəndələri onların Kosıgin küçəsində yerləşən xidməti mənzilinə gələrək təcili mənzili boşaltmağı tələb edirlər. Qorbaçov müvafiq tədbirləri görməyə macal tapmamış Raisa Qorbaçovadan ikinci zəng gəlib. Bu dəfə o, onların Barvixadakı bağ evlərinə Yeltsinin adamlarının “təşrif” buyurduğunu, bağ evindən əşyaların təcili çəxarılmasını tələb etdiklərini bildirib. Xanımının ikinci zəngindən sonra Qorbaçov səsinin tonunu qaldıraraq müvafiq xidmətlərin rəhbərləri ilə sərt danışıb. Qorbaçovun emosiyalarına “hörmətlə” yanaşan kiçik məmurlar ona 3 gün vaxt veriblər.

Günorta saatlarında Mixail Qorbaçov axşam televiziya vasitəsi ilə xalqa edəcəyi müraciətinin üzərində işləyib. Eyni vaxtda Rusiya Ali Sovetində iclas keçirilib. İclasda RSFSR-in adının dəyişdirilərək Rusiya Federasiyası edilməsi ilə bağlı qərar qəbul olunub. Həmin iclasda Yeltsin Qorbaçovun istefa verdiyini bəyan edib. Saat 16-00-da CNN kanalına müsahibə verən Yeltsin Qorbaçov haqqında aşağıdakı fikirləri bildirib: “Bu gün Mixail Sergeyeviç üçün çox ağır gündür. Mənim ona şəxsi hörmətim olduğu üçün, keçmiş baş katibin buraxdığı səhvlər haqqında danışmaq istəmirəm...”

2826584ceeb69fe973f26894dff6525ec1c8cfaf.jpg (124 KB)

Saat 18:50-də foto-video kameraları qarşısında Qorbaçov istefası ilə bağlı sənədlərə imza atıb.

Saat 19:00-da artıq eks-prezident statusunda olan Qorbaçov mərkəzi televiziya ilə istefası ilə bağlı xalqa müraciət edib.
Televiziya müraciətindən sonra o, “nüvə çamadanı”nın Rusiya prezidentinə təhvil verilməsi mərasimini gözləyib. Yeltsin növbəti dəfə onu aşağılayaraq bu mərasimdə özü iştirak etməyib. Çamadanı Qorbaçovdan müdafiə naziri Yevgeni Şapoşnikov təhvil alıb.

Saat 19:38-də Kreml üzərindəki SSRİ-nin bayrağı endirilib və Rusiyanın bayrağı qaldırılıb. Bu tarixi an o qədər sakit keçib ki, hətta Qırmızı meydanda gəzişənlər də hiss etməyiblər. Həmin anın canlı şahidi olan yazıçı Aleksandr Genis sonralar bu haqda yazıb:

Lowering_the_Soviet_Flag.png (658 KB)

“Adətən dünya dövlətlərində bayraqların dəyişdirilməsi zamanı xüsusi mərasim təşkil olunur. Bayrağın dalğalanacağı yer işıqlandırılır. Bu haqda ictimaiyyətə məlumat verilir. İnqilabla, səs-küylə yaradılan SSRİ-nin bayrağı o qədər sakit şəkildə endirildi ki, bunu heç kim hiss etmədi. Mən həmin dəqiqələrdə Qırmızı meydanda idim. Ətrafda olan insanlar yüz metrlikdə olan tarixi anı seyr etmək imkanında olduqları halda, bu şansı əldən verirdilər. Bu hadisə çox sönük bir tədbiri, kimsəsiz bir mərasimi, sahibsiz bir işi xatırladırdı...”

1b82eeedd63b3e704c64b8004f3d5c15.jpg (84 KB)

Bayraqlar dəyişdirildikdən sonra isə Kremldə Qorbaçovu yolasalma mərasimi keçirilib. Bu mərasim isə böyük bir dövlətin prezidentinin yolasalma mərasimindən daha çox, dörd-beş nəfərin yığışıb adi bir kafedə yüz-yüz vurmaq tədbirinə bənzəyib. Belə ki, mərasimdə Qorbaçovdan başqa cəmisi dörd nəfər iştirak edib, prezident köməkçisi Aleksandr Yakovlev, Ümumittifaq Tele-radio verlişləri komitəsinin sədri Yeqor Yakovlev, Qorbaçovun köməkçisi Anatoli Çernyayev və mətbuat katibi Andrey Qraçov. Bununla da, bir şüşə konyakdan sonra, el dilində desək, Mixail Qorbaçov Kremldən çox urvatsız şəkildə yola salınıb.

539dcf69eb2c64f3e01042c362a2f408.jpg (127 KB)

Qorbaçovla Yeltsinin dekabrın 23-də keçirilən 10 saatlıq görüşündə Yeltsinin təkidi ilə Qorbaçov 6 ay ərzində Rusiya haqqında heç bir mənfi fikir söyləməyəcəyi öhdəliyini götürüb. Bunun müqabilində Qorbaçova eks-prezident kimi mənzil, bağ, avtomobil, azsaylı xidməti personal, və “Qorbaçov fondu” üçün ofis verilib. Prezidentliyi dövründəki bağ evi və mənzil isə ondan alınıb. Hətta əşyaların daşınması üçün eks-prezidentə yük maşınları da göndərilməyib. Köməkçisi sonralar yazdığı xatirələrində qeyd edib ki, Qorbaçov yükdaşıma xidmətləri ilə telefon əlaqələri yaradanda çox miskin görünürdü.

26 dekabr 1991-cı ildə isə SSRİ Ali Soveti Müstəqil Dövlətlər Birliyinin yaradılması ilə əlaqədar SSRİ-nin mövcudluğuna xitam verilməsi barədə bəyannamə qəbul edib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam