Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mafiya iqtidarda böhran yaratdı-ANALİZ

 

 

 

 

 

 Yenixeber.org: Obyektiv siyasi şərhçilərin hamısının qeyd etdiyi kimi,Türkiyə Cümhuriyyətinin tarixində ilk dəfə bir mütəşəkkil cinayət təşkilatı başçısı bir siyasi partiya  liderini ilk dəfə bu  qədər açıq şəkildə,təhqir nədir,təhdid edirdi.

1990-cı illərdə iqtidar liderlərinə təhdid salvoları göndərərək, sanki dövləti özü idarə edirmiş kimi görüntü yaratmağa çalışan o mafiya liderinin bir nazirlə telefon danışıqlarının ortaya çıxması nəticəsində 1998-ci ilin oktyabrında Mesut Yılmaz hökuməti istefa vermişdi.

İnterpol axtarışında olmasına baxmayaraq, kəşfiyyatla sıx əməkdaşlıq etdiyini gizləməyən o mafiya lideri əvvəl Fransada, sonra isə Avstriyada yaxalananda cibindən Türkiyənin diplomatik pasportları çıxmışdı.

2004-cü ildə axırıncı dəfə yaxalanıb Türkiyəyə gətirilmiş,müxtəlif cinayət işlərindən cəza almış,həbsxanada o vaxtın baş nazzirinə indinin prezidentinə təhqir dolu məktublar yazmış,siyasi dünyabaxışı etibarı ilə mənsub olduğu milliyyətçi partiyanın liderinə dəfələrlə təhqir salvoları göndərmiş və işin qəribə tərəfi-iqtidarı qeydsiz-şərtsiz dəstəkləyən məhz o milliyyətçi liderin təzyiqləriylə bu ilin aprelində amnistiya ilə azadlığa çıxmışdı.

 

Bəli,milliyyətçi partiyanın lideri ona “mübarizə və əqidə dostum” deyir və ana müxalifət liderini  mafiya jarqonundan da o tərəfə olan sözlərlə təhdid edəndə iqtidarı qeydsiz-şərtsiz dəstəkləyən milliyyətçi partiyanın lideri o mafiya liderindən “əqidə dostu” kimi bəhs edərək onun  sözlərinə toz qondurmadı.

Nə baş verir: yoxsa Türkiyə yenidən 1990-cı illərə geri qayıdır? Məhkəmə hökmləriylə ömrünün təxminən 25 ilini həbsxana divarları arxasında keçirən bir mafiya lideri iqtidarı qeydsiz-şərtisz dəstəkləyən partiya liderinin bir neçə illik təkid və təzyiqləri nəticəsində  müxalifəti mafiyadan da o tərəfə jarqonla təhdid etməsi üçünmü 5-6 ay əvvəl  amnistiya ilə azad edildi?

İqtidarın hərarətli  dəstəkçilərindən biri olan keçmiş millət vəkilinin mafiya liderinə verdiyi dəstək Ramiz Mehdiyevin nəvəsinin toyunda oynamaqda günahlandırılan ombudsamana  Fəzail Ağamalının verdiyi dəstəyə çox bənzədi: və Ağamalıdan sonra Mehmet Metinerin açıqlaması lirik motivləriylə gözlərin yaşarmasına səbəb oldu.

 

Prokurorluqlardan 3 gün səs çıxmadı,iqtidar partiyasının rəhbərlərindən birinin sönük açıqlamasını dövlət başçısının mətbuat katibinin mafiya liderinin sözlərinə etiraz açıqlaması izlədi: məlum oldu ki, prokurorluq təhqiqata başlayıb. Ancaq prokurorluqların səsinin çıxmadığı və Türkiyə Cümhuriyyətinin taleyində təkcə siyasi baxımdan deyil, bütün baxımlardan həyati dərəcədə həssas olan anlarda yenə və yenidən əlahəzrət Bülent Arınç meydana çıxdı.

Türk siyasətinin bu hamıdan fərqli şəxsiyyətinin 1990-cı illərdə müxalifətin, 2002-ci ildən bəri isə iqtidarın ən mühüm təmsilçilərindən biri kimi sözünü deməyə cəsarət etməməsinə  kiminsə şahid olduğunu demək mümkün deyil.

Məclis sədri, baş nazirin müavini və hökumət sözçüsü kimi mühüm vəzifələrdə olandan sonra 2015-ilin yayında 20 illik parlamentarlıq kariyerinə nöqtə qoyan Bülent Arınçı, prezident üsuli-idarəsinə keçiləndən sonra dövlət başçısının yanında  Ali Məşvərət Şurası üzvlüyünə gətirmişdi:bəlkə susması üçün.

Ancaq bu 2 ildə iqtisadiyyatdan hüquqa,daxili siyasətdən beynəlxalq münasibətlərə  qədər Arınçın hər hansı məsələdə susduğuna da heç kim şahidlik etmədi.

Son 2 həftədə əvvəlcə prezidentin kürəkəni keçmiş maliyyə və xəzinə nazirinə etirazını bildirən Arınç, daha sonra 4.5 ildən bəri  həbsdə olan kürd təmayüllü partiyanın liderinin və böyük bir QHT sədrinn azad edilməsinin lüzumunu açıqladı. Dalınca isə mafiya liderinin təhdid etdiyi müxalifət liderini müdafiə etməsi üçün Məclis sədrinə media vasitəsiylə mesaj göndərərək ölkə siyasətini yeni bir sınma nöqtəsinə doğru apardı.

 

Hamı Arınçın sözlərnə dövlət başçısının göstərəcəyi münasbəti gözləyərkən cənab Erdoğan, islamçı siyasətin AKP sıralarındakı ən təcrübəli adamını “fitnəkarlıqla” günahlandırdı.

Dövlət başçısı Erdoğanın sözünü deməkdən əsla çəkinməyən “böyük qardaşı” Arınç, bazar ertəsi onunla görüşə bilmədiyini, ertəsi gün görüşərək istefa ərizəsi verə biləcəyini açıqlayınca Türkiyə nəfəsini tutaraq , o görüşün nəticəsini gözlədi. Çünki Arınçın istefa verərək prezident Erdoğanla yollarını bəlkə də tamamilə ayırması bir nüans olsa da onun vəzifədən çıxarılması başqa nöqtədən analiz edilməsi lazım olan nüans idi.. Bülent Arınç istefanı üstün tutdu.

Türkiyə 22 ildən sonra ikinci dəfə mafiya başçısının yaratdığı çalxantıya səhnə oldu.Zərərini kimin çəkəcəyini görmək üçün çox gözləməyə ehtiyac qalmayacaq.

Mayis Əlizadə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam