İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan azərbaycanlı “mafiya lideri” Ənbər Sadıxov dünən gecə İstanbulda həbs edilib.

Yenixeber.org: İstanbul polisinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Şöbəsinin əməliyyatçıları Fatihdəki otellərdən birində əməliyyat keçirib. Otelə basqın zamanı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən mütəşəkkil qruplaşma lideri olmaqda, dələduzluq və digər cinayətlərdə ittiham olunaraq İnterpol xətti ilə axtarışa verilən Sadıxov saxlanılıb.

Sadıxov Azərbaycana ekstradisiya ediləcək. O, 3 fərqi cinayətə görə axtarılırmış. Qeyd edək ki, saxlanılan şəxsin ötən il Maltəpə həbsxanasından Ərzurum həbsxanasına aparılarkən yolda qaçdığı da üzə çıxıb. O, 2017-ci ildə Türkiyədə soyğunçuluq cinayətinə görə həbs edilib.(minval)