Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Putinin atəşkəs çağırışı:səbəblər və gözləntilər

 

Rusiya maraqlı deyil ki, Azərbaycan Ordusu Dağlıq Qarabağın içərilərinə doğru irəliləyərək bu münaqişəyə birdəfəlik nöqtə qoysun

Yenixeber.org: Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılı bəyanatla çıxış edib.

Kremlin saytında yerləşdirilən bəyanatda deyilir:

“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla ardıcıl telefon danışıqlarından sonra Rusiya prezidenti humanitar mülahizələrlə – həlak olanların meyitlərinin və əsirlərin dəyişdirilməsi məqsədilə Dağlıq Qarabağ münaqişəsi zonasında aparılan hərbi əməliyyatların dayandırılması çağırışı ilə müraciət edir. Bu məsələlər üzrə Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə məsləhətləşmələr aparmaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri oktyabrın 9-da Moskvaya dəvət olunurlar”. 

Bəyanat oktyabrın 8-də, Moskva vaxtı ilə saat 23:30-da, yəni iş vaxtı bitdikdən xeyli sonra yayılıb. Görünür, Moskva vəziyyətə təcili şəkildə müdaxilə etmək ehtiyacı hiss edib.

Dünən erməni mənbələri Şuşada Azərbaycanın bombardmanı zamanı rusiyalı jurnalistlərin ağır yaralandığı, eləcə də yerli kilsənin dağıdıldığı barədə məlumatlar yaydılar və bunlar Rusiya mediasında tirajlandı. Rusiya televiziyaları Azərbaycanın Xankəndini bombalaması nəticəsində dinc erməni əhalisinin əziyyət çəkdiyinə dair ardıcıl reportajlar efirə verir. Rusiya mediası və iş dünyasında mövqeləri kifayət qədər güclü olan erməni icması bu cür informasion fon formalaşdırmaqla Kreml üzərində basqı yaratmağa çalışır. Eyni zamanda, Rusiya dövləti Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı rayonları nəzarətə götürməsindən çox narahat görünməsə də, maraqlı deyil ki, Azərbaycan Ordusu Dağlıq Qarabağın içərilərinə doğru irəliləyərək bu münaqişəyə birdəfəlik nöqtə qoysun. Azərbaycanın hərbi qələbəsi təkcə Rusiyanın bu bölgədə öz təsirini saxlamasına şərait yaradan konfliktin aradan qalxmasına səbəb olmayacaq, eyni zamanda Azərbaycana dəstək verən Türkiyənin regionda nüfuzunu da artıracaq. Hadisələrin bu cür inkişafı Moskvanın maraqlarına uyğun deyil.

Meyitlərin və əsirlərin dəyişdirilməsi humanitar aspektdən vacib məsələ olsa, siyasi baxımdan o qədər böyük məsələ deyil ki, bilavasitə Rusiya prezidentinin özünün bu çağırışla müraciət etməsi lazım olsun. Bu texniki prosesə şərait yaradılması üçün Rusiyanın orta səviyyəli səlahiyyətlisi, nazirlərdən biri (Şoyqu və ya Lavrov) təşəbbüs göstərə bilərdi. Şəxsən prezident Putinin təşəbbüs göstərməsi o mənaya gəlir ki, Rusiya prezidenti öz şəxsi nüfuzunu ortaya qoyub, dərhal real nəticə əldə etmək istəyir. Çünki ötən günlərdə xarici işlər naziri Sergey Lavrovun atəşkəs barədə çağırışları, azərbaycanlı və erməni həmkarları arasında görüş təşkil etmək barədə müraciətləri Azərbaycanın növqeyinə hər hansı təsir göstərməyib. Amma şəxsən Putinin təşəbbüsü ələ aldığı bir şəraitdə Azərbaycanın yox deməsi asan deyildi. Xüsusən də, Azərbaycan prezidentinin ORT-yə müsahibəsində Rusiyanın Türkiyə ilə birlikdə problemin həllində baş rol oynamasının vacibliyini söylədiyi, yəni Moskvaya güvənini ifadə etdiyi bir şəraitdə… Üstəlik, meyitlərin və əsirlərin mübadiləsi barədə çağırış, arxasında siyasi niyyətlər dayansa da, humanist bir təklifdir və bundan imtina etmək Bakı üçün çətindir.

                   Azərbaycan artıq nazirlərin görüşünə razılıq verib

Beləliklə, bu gün müvəqqəti atəşkəs barədə razılığın əldə olunması mümkün ehtmal kimi görünür. Bunun müddəti bir neçə saat da ola bilər, 1-2 gün də. Önəmli olan müvəqqəti atəşkəsdən sonrakı mərhələdir. Azərbaycan təbii ki, cəbhədə əldə etdiyi üstünlüyü davam etdirmək istəyəcək və qeyd-şərtsiz atəşkəsə razı olmayacaq. Amma digər tərəfdən, Rusiya başda olmaqla, beynəlxalq ictimaiyyətdən atəşkəs təklifi və bu yöndə basqılar da güclənir. Rusiya Azərbaycanın hərbi əməliyyatlarına digər səbəblərlə bərabər həm də ona görə göz yumdu ki, hansısa mərhələdə arbitr rolunu üzərinə götürərək araya girə bilsin. Moskva açıq şəkildə Ermənistanı dəstəkləsəydi, vasitəçi kimi öz missiyasını öz əli ilə bitirmiş olardı. Onsuz da Rusiyanın Azərbaycanda ciddi nüfuzu qalmayıb, təsir gücünü də tədricən itirməkdədir. Halbuki onun nizamlanma prosesində dominant rolunu saxlaya bilməsi, münaqişənin siyasi-diplomatik həlli zamanı öz maraqlarını təmin etməsi, regiona sülhməramlı kontingent göndərə bilməsi üçün Azərbaycanın razılığına ehtiyacı var. Eyni zamanda, Qərblə münasibətlərdə növbəti gərginləşmə mərhələsi yaşayan Moskva Parisə, Berlinə və Vaşinqtona nümayiş etdirməyi çox istəyərdi ki, Qafqazda müharibəni dayandıra bilən yeganə güc odur və onunla hesablaşmaq lazımdır, Türkiyəyə isə nümayiş etdirmək ehtiyacı hiss edir ki, bu regionda mövqelərini əldən vermək niyyətində deyil.

 Şahin Cəfərli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam