Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

TASS bu gün Moskvada keçiriləcək Qarabağ danışıqlarından yazdı

 

Yenixeber.org: Rusiyanın TASS rəsmi dövlət informasiya agentliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bu gün Moskvada baş tutacaq danışıqlar barədə məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı və erməni həmkarları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının perspektivlərini müzakirə etmək üçün görüşəcək.

“Qapalı məsləhətləşmələr Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında martın 29-da baş tutmuş danışıqlar fonunda keçiriləcək. Nazirlərə ATƏT-in Minsk Qrupunun həmsədrləri-İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) qoşulacaqlar”-məlumatda deyilir.

Xatırladılır ki, Əliyevin və Paşinyanın Avstriya paytaxtında baş tutmuş söhbəti onların sayca dördüncü şəxsi görüşü, lakin ilk rəsmi danışıqları olub. Daha əvvəl onlar Düşənbə və Sankt-Peterburqda MDB sammitləri çərçivəsində, habelə Davosda görüşüblər.

“Vyana raundunun başlıca yekunu tərəflərin münaqişənin dinc nizamlanmasına dair birbaşa dialoqu davam etdirməyə hazırlıq ifadə etmələridir. Minsk Qrupunun həmsədrləri bəyan ediblər ki, tərəflər sülhə yol açan şəraitin yaradılmasını və münaqişənin dinc yolla həlli üçün sonrakı danışıqlar prosesində konkret, nəzərəçarpan addımların atılmasının vacibliyini qeyd ediblər. Bundan başqa Əliyev və Paşinyan münaqişənin nizamlanması üzrə humanitar addımlar barədə razılığa gəliblər, atəşkəsin zəruriliyini təsdiq ediblər və birbaşa rabitə mexanizminin təkmilləşdirilməsi barədə anlaşıblar”-TASS bildirir.

Xatırladılır ki, Vyana danışıqlarının yekununu Rusiya prezidenti Vladimir Putin Əliyev və paşinyanla telefon söhbəti zamanı müzakirə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam