Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya XİN: -"Bütün xarici və daxili oyunçuları Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təmkin nümayiş etdirməyə çağırırıq"

Moskva bütün xarici və daxili oyunçuları Dağlıq Qarabağdakı vəziyyətlə bağlı maksimum təmkin nümayiş etdirməyə çağırır.

Yenixeber.org: Bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bütün xarici və daxili oyunçuları, o cümlədən ritorika planında maksimum təmkin nümayiş etdirməyə çağırırıq. İndi dərhal atəşkəsə nail olmaq və tərəfləri danışıqlar masasına qaytarmaq üçün maksimum diqqətli olmaq vacibdir”, – deyə rusiyalı diplomat vurğulayıb.

Rudenko Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi 1991-ci ildən bu prosesdə iştirak etdiyini xatırladıb: “Biz bütün tərəfdaşlarla təmasları davam etdirmək niyyətindəyik”.

Qeyd edək ki, dünən Rusiya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda münaqişə tərəflərini atəşi dayandırmağa çağırıb. Bundan başqa, Rusiya XİN başçısı Sergey Lavrov Ermənistan və Azərbaycan, o cümlədən Türkiyə Xarici İşlər nazirləri ilə ayrılıqda telefon danışıqları aparıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam