Qeyri-neft sektoru lokomotiv ola bilərmi?-ANALİZ
Yenixeber.org: Hökumətin bu yaxınlarda 2021-ci il üçün açıqladığı dövlət büdcə proqnozlarında gəlirlər 24 milyard 327 milyon manat məbləğində nəzərdə tutulur, bunun 57,3 faizi və ya 13 milyard 950,0 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 milyard 377,0 milyon manatı qeyri-neft sektorunun payına düşür.
2020-ci ilin birinci rübünün nəticələrinə əsasən, ixrac strukturunda əsas həcm neft-qaz sektorunun məhsullarının payına düşüb (89,8%). Bununla yanaşı, Azərbaycanın bütün ixracının 83,74% - i neftin payına düşüb.
Bir sözlə uzun illərdir müzakirələr getsə də, proqramlar, yol xəritələri, strategiyalar hazırlansa da, yenə də büdcə ağırlığı neftin üzərinə qoyulur və neft gəlirlərindən asılılıq azalmır.
Qeyri-neft sektorunun büdcə gəlirlərinin təmin edilməsində iqtisadiyyatın əsas aparıcı qüvvəsi olacağı isə hələ ki, görünmür.
Nəzərə alsaq ki, ölkədə neft hasilatı aşağı düşür, neftin qiymətində dalğalanmalar olur, odur ki, iqtisadi sabitliyin təmin edilməsi üçün qeyri-neft sektorundan daxilolmaların artması mütləq şərtə dönür.
Bəzı ekspertlərə görə, bu halın indiyə kimi baş verməməsinin səbəbi uzun illər qeyri-neft sektorunun diqqət mərkəzindən kənarda qalmasıdır.
Daha bir səbəb kimi isə əlverişli investisiya mühitinin olmaması göstərilir. Başqa ölkəyə sərmayə yatıran kapital sahibi bu yatırımı bir çağırışla etmir, ilk növbədə həmin kapitalın təhlükəsizliyinin təmin olunmasının etibarlılığını diqqətə alır.
Azərbaycanda qeyri-neft sektoruna diqqət daha çox 2015-2016-cı illərdə dünya bazarında neftin qiyməti kəskin ucuzlaşandan sonra artdı, amma qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilməsi uzunmüddətli prosesdir.
Azərbaycan daha çox xammal ölkəsidir, istehsal ölkəsinə dönmək üçün təhsil inkişaf etməli, yüksək ixtisaslı kadrlar yetişməlidir, normal bir kadrın yetişdirilməsi isə 10 ilə qədər vaxt tələb edir.
Bundan da irəli gələrək rəsmilər və ekspertlər qeyri-neft sahəsinin inkişaf səviyyəsini dəyərləndirirlər.
Heç 10 ildən də sonra ...
Deputat Razi Nurullayev hesab edir ki, Azərbaycanda qeyri-neft sektorunun yetərincə inkişaf edə bilməməsinin bir səbəbi bu sahə ilə cəmi 3-4 il məşğul olunmasıdır: “3-4 ildir ki, bir sıra tədbirlər görülür, proqram və strategiyalar qəbul edilir. Son illərdə bu barədə daha çox danışıla da bu müddət ərzində qarşıya qoyulan məqsədlərə çata bilmədi. Bəzu zavodar, fabriklər açıldı, amma bütün bunlar qeyri-neft sektorunun inkişafı üçün əsaslı rol oynaya bilmədi”.
Onun fikrincə, COVİD-19 pandmeiyası da bu sahəyə təsirini göstərib, virus geniş yayaılmasın deyə işləyən müəssisələr də dayandırılıb.
Deputat əlavə edir ki, hazırda Azərbaycan qeyri-neft sektoru o gücdə deyil ki, neft gəlirlərini üstələsin: “Bu temp və yanaşma ilə mən inanmıram ki, hətta 10 il bundan sonra da neft asılılığımızı azalda bilər”.
Onun fikrincə, bu sahə ilə bağlı proqramlar qəbul edilir, nəyisə ləğv edib, enidən başlayırlar, alınmadıqda yenisini başlayırlar, eksperiment gedir.
Deputata görə, bu eksperiment nəticəsndə qeyri-neft sektorunun nə zaman yetərli inkişaf edəcəyini heç kim deyə bilməz.
Subyektiv səbəblər onlardır ki?
İqtisadçı-ekspert Natiq Cəfərli isə deyir ki, qeyri-neft sektorunun inkişaf edə bilməməsinin obtektiv və subyektiv səbəbləri var.
N.Cəfərli əlavə edir ki, qeyri-neft sektorunun aqrar, turizm, informasiya kommunikasiya texologiyaları və s. sahələri üzrə bir neçə proqramlar qəbul olundu.
Ekspertə görə məsələnin obyektiv səbəbi odur ki, ölkənin aqrar sahsinin əhatəsi, itehsal gücü o qədər yüksək deyil ki, həm daxili istehlakı tam ödəsin, həm də ixracda artıma gedə bilsin: “Aqrar sahədə neftdən gələn gəlirləri əvəz etmək üçün Azərbaycan gərək indikindən 20 dəfə artıq aqrar sahənin məhsullarını ixrac eləsin.Bu mümkün deyil. Torpaq sahəsi, suvarma imkanları, bu qədər sürətli inkişafa imkan vermir”.
Subyektiv səbəblər isə illərdir ki, ölkədə davam edən inhisarçılıq, qanunun aliliyi, məmur biznesi, rəqabət problemləri ilə bağlıdır.
Bu da əsasən qyeri-neft sektorunda inkişafın qarşısını kəsən əsas institututsional amillərdir: “Rəqabət Məcəlləsi” 2008-ci ildə ilk oxunuşdan keçsə də 12 ildir qəbul edilmir. Hansı ki bu məcəllə məmur biznesi və rəqabətli mühitlə bağlı müəyyən qanunvericiliyə baza yarada bilərdi”.
Məhkəmələrlə bağlı problem var, ədalətli məhkəmə sistemi olmadan iqtisadiyyatda rəqabətli mühit yaratmaq mümkün deyil. Ona görə, daha bir problem investisiya problemidir.(turan)