Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Vergi yükü ölkə iqtisadiyyatını tamamilə sıradan çıxara bilər!” -Ekspertdən şok açıqlama

elcin

 

Xeberinfo.com:  Hakimiyyətin özünün də sıxıntılı keçəcəyini etiraf etdiyi 2017-ci maliyyə ilinin ilk günlərindəyik. Ötən il tərtib olunan büdcə layihəsinə əsasən, bu il qeyri-neft sektorunun gəlirlərinə daha çox əhəmiyyət veriləcək: Azərbaycanın müstəqillik tarixində ilk dəfə neft gəlirləri büdcənin heç yarısını belə təşkil etməyəcək. 

Bir sözlə, hökumət Neft fondundan transfertlərin azalmasını kompensasiya etmək üçün vergi yükünü artırır. Qeyri-neft sektorunun təməllərinin atıldığı indiki mərhələdə iş adamlarına bu qədər yüklənmək, sözsüz ki, iqtisadi inkişaf tempinə də təsirsiz ötüşməyəcək. 

Maraqlıdır ki, bir tərəfdən iş dünyasına bu qədər yüklənilməsinə, ötən illə müqayisədə büdcə həcminin  1 milyard 595 milyon manat azaldılmasına baxmayaraq, sosial xərclərin 6% artırılması nəzərdə tutulub. Nəticə etibarilə bu, ümumi büdcənin 40%-ni təşkil edir.

Bu qədər riskli hazırlanmasına rəğmən, hökumət nümayəndələri arasında 2017-ci il büdcə layihəsini dəstəkləyənlər, onu dünya standartları ilə müqayisə edənlər də az deyil.

Bunlardan biri də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilidir.

Deputat ötən ilin son günlərində mətbuata verdiyi açıqlamasında deyirdi:  “2017 –ci ildə büdcə xərclərinin ÜDM-ə nisbəti 27% olacaqdır ki, bu da orta dünya göstəricilərinə yaxındır (29%). Vergi gəlirlərinin ÜDM-ə nisbəti 12% planlaşdırılır ki, bu da orta dünya göstəricilərindən aşağıdır (15%). Bu əslində Azərbaycanda vergi yükünün digər ölkələrə nisbətdə daha aşağı olmasından xəbər verir”.

Bəs, görəsən, deputatın bu nikbin əhval ruhiyyəsi nə qədər əsaslıdır?

Sualları cavablandıran iqtisadçı ekspert Elçin Qurbanovun fikrincə isə, nikbin olmaq üçün heç bir əsas yoxdur. Niyə? Gəlin, “niyə”sini ekspertin öz dilindən eşidək:

“Əgər 2017 –ci ilin büdcə gəlirləri 15.955 milyard, xərcləri isə 16.6 milyard təsdiq edilmişdirsə və büdcə xərcləri ÜDM-in 27 faizini (Ümum daxili məhsulun) təşkil edəcəksə onda 2017-ci ildə ÜDM-in həcmi 61.481 milyard manat olmalıdır.  

Gəlin, yaxın qonşumuz Rusiyanın 2017-ci il büdcəsi haqqında qanununa diqqət yetirək və Azərbaycan büdcəsilə müqayisə edək. Onu da nəzərə almalıyıq ki, Rusiyanın da dövlət büdcəsinə daxilolmaların əsas hissəsini neft – qaz gəlirləri təşkil edir.

Rusiyanın 2017-ci il büdcə gəlirləri (proqnozlaşdırılan $ kursla 67.5 rubl həddində) 199.82 milyard $, xərcləri 240.604 $ milyard təşkil edəcək. Müqayisə üçün əsas obyekt isə vergi şəklində ümumi büdcə daxilolmalarının ÜDM-dəki səviyyəsidir. Beləliklə 4 faiz inflyasiya həddi nəzərə alınmaqla Rusiyanın 2017-ci il üçün ÜDM nominalı 1306.32 milyard dollar proqnozlaşdırılmış və vergi daxilolmalarının səviyyəsi ÜDM-in 7.22 % faizi səviyyəsində müəyyənləşdirilmişdir. Səviyyənin kəmiyyətcə ifadəsi 94325925925.92 $ ( 94,3milyard) qədərdir.  Beləliklə Rusiya vergi yükünün yumşaq həddi ilə ölkədə inflyasiya risklərini neytrallaşdıra biləcək. 

Azərbaycanda isə Milli Məclis rəsmisinin verdiyi açıqlamaya görə, 2017-ci il üçün ÜDM 61.481 milyard manat, dollarda ifadəsi isə təxminən 33,5 milyard $ olmaqla, vergi yükünün ÜDM-də səviyyəsi 12 faiz planlaşdırılmışdır. Bu, guya ki, optimal proqnozdur. Əslində isə, bu həddindən artıq yüklənmədir. 

Qeyd edim ki, ÜDM – ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin ümumi bazar dəyərini xarakterizə edir. İstərsəniz, gəlin, məsələnin bir az da dərininə enək:

Əvvəlcə, vergi şəklində yanaşma məqsədilə bu rəqəmi ticarət dövriyyəsi kimi qəbul edək.Yəni hesab edək ki, bu rəqəm ticarət dövriyyəsidir. Vergi tutulan dövriyyəyə xərclər nəzərə alınmadan tətbiq edilən vergi növü isə sadələşdirilmiş vergidir. Sadələşdirilmiş vergi isə vergi tutulan əməliyyatların yerindən, fəaliyyət növündən, və həcmindən asılı olaraq  dövriyyə məbləğinə 2 – 4- 6- 8 faiz dərəcələri tətbiq edilməklə hesablanır.

Gördüyümüz kimi, orta hədd 5 % təşkil edir. Biz isə ölkə daxilində istehsal ediləcək əmtəə və xidmətlərin dəyərinə 12 faiz vergi tətbiq edilməsini müsbət hal hesab edirik. Təsəvvür edirsinizmi, Rusiya kimi sanksiyalara məruz qoyulmuş böyük dövlət bütün vergi şəklində büdcə daxilolmalarının həcmini UDM-in 7.2 faizi, biz isə 12 faizi həcmində büdcənin əyninə biçmişik. 

İndi isə diqqəti bir qədər də artıraq; Azərbaycan Respublikasının 2017 –ci il dövlət büdcəsi haqqında qanununun 2-ci maddəsində Azərbaycan Respublikası ərazisinə malların idxalına görə ƏDV və aksiz vergisi , habelə gömrük rüsumları və yığımları, xarici dövlətlərin avtomobil sahiblərinin ödədikləri yol vergisi və.s vergilər və ödənişlər nəzərə alınmadan vergi şəklində daxilolmaların cəmi 8 milyard 470 milyon müəyyənləşdirilmişdir.Bu rəqəmin ÜDM – ə nisbətən ifadəsi 13,77 %  faizdir. Buradan aydın olur ki, dövlət rəsmisinin 12 faizlik təqdiri də heç düz deyil. Nəticə isə vergi yüklənməsi səbəbindən illik inflyasiyanın həddinin təxminən 9 faiz artması deməkdir. 

Başqa bir məsələni də diqqətinizə ərz edim; həmin Qanunun 5-ci maddəsində bildirilir ki, Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər cıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur. Bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları üzrə digər borclarının ödənilməsinə aid edilmir. Cənablar, belə yığım ölkədə ixracı stimullaşdırmaq deyil, məhdudlaşdırmaqdır. 

Qanunda nəzərdə tutulan faiz dərəcəsi tətbiq olunan yığım və daha sonra rezidentin (yerli sahibkarın) xarici ölkədə və öz ölkəsində vergi şəklində digər ödəmələri dünya bazarına rəqabət üçün güc nümayiş etdirməyə imkan yarada bilməz.Mən bilmirəm, bütün təhlillər və layihələr kim tərəfindən hazırlanır. Amma hökumətin hər bir üzvünü əmin edirəm ki, 2017 –ci il dövlət büdcəsi haqqında qanununda nəzərdə tutulmuş vergi yükü ölkə iqtisadiyyatını tamamilə sıradan çıxara bilər. 

Doğrudur, vergi risklərinin nəzərə alınması məqsədilə (Maddə 77-1.)  vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar  haqqında (yeni) müddəa mövcuddur. Amma gözlənilən çətinliyi və vergi risklərini bu da minimallaşdıra bilməz. Nəticədə, 2017-ci ilin fiskal siyasətinin ölkə təsərrüfatını böyük təhlükə ilə, cəmiyyəti isə sosial zidiyyətlərlə üz-üzə qoymaq ehtimalı var. 

Vergilər Nazirliyi və vergi ödəyiciləri yükün ağırlığını çəkə bilməyəcəyinə görə çox ciddi problemlərlə üzləşə biləcək.Vergi əməkdaşlarının öz xalqı ilə qarşı-qarşıya  qoyacaq qədər mənəvi sarsıntısını nəzərə alaraq, ziddiyyət toxumunun cücərməsinə və  arzuolunmaz hadisələrə yol açmaması üçün, Tanrı xatirinə, bu məsələyə yenidən baxmağa tələsin!”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam