Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Neft şirkətlərinin ödəmələri azalıb –AÇIQLAMA

neftin-qiymeti2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmaların 1,607 milyard manatı neft sektorunun payına düşüb.

Xeberinfo.com:   Həmin məlumatları təhlil edən iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, ötən il xarici neft şirkətlərinin faktiki ödəmələri proqnozdan təxminən 44% az olub:

“Maliyyə Nazirliyinin 2016-cı ilin büdcə icrasına dair açıqladığı məlumatları analiz edəndə bir maraqlı məqam diqqətimi çəkdi. Açıqlamadan aydın olur ki, Vergilər Nazirliyinin xəttilə daxilolmaların 1.607 milyard manatı neft sektorunun vergi ödənişləridir.
Proqnoza görə isə neft sektoru üzrə 1.610 milyard manat vergi ödəməli idi. Bundan 1.240 milyard manatı SOCAR-ın, 370 milyon manatı xarici neft şirkətlərinin öhdəliyidir.
Dövlət Neft Şirkəti 2016-cı ildə büdcəyə 1.395 milyard manat vergi ödəyib və belə çıxır ki, yerdə qalan 212 milyon manat da xarici neft şirkətlərinin mənfəət vergisi üzrə ödəmələrdir.
Məsələ burasındadır ki, 2016-cı ilin büdcə hesablamaları neftin qiymətinin 25 dollarlıq səviyyəsi ilə hesablanmışdı. Amma faktiki orta illik qiymət 45 dollara yaxın oldu. Neftin qiymətinin proqnozdan az qala 2 dəfə yüksk olmasına baxmayaraq, xarici neft şirkətlərinin faktiki ödəmələri proqnozdan təxminən 44% azdır.
Hər halda bunun bir əsaslandırılmış cavabı var və yəqin Maliyyə və Vergilər nazirlikıəri media üçün açıqlayar.
Əvəzində isə SOCAR proqnozdan 155 milyon manat artıq ödəyib və nəticə etibarı ilə neft sektoru büdcə proqnozuna tam əməl edib
“.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam