Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Aqrolizinq”də kütləvi maxinasiyalar

 

Hesablama Palatasının hesabatında ASC barədə hansı faktlar yer alıb?

"Xeberinfo.com":   Məlumata görə, Hesablama Palatasının hesabatında “Aqrolizinq” ASC-nin fəaliyyəti ilə bağlı ciddi faktlar yer alıb. Sənəddə deyilir ki, hesabat ilində dövlət büdcəsindən “Aqrolizinq” ASC-yə ayrılan və təkrar istifadə edilən vəsaitlərin istifadəsinə dair audit keçirilib.  
 
Tender maxinasiyaları
 
Bir çox hallarda normativ-hüquqi aktların və metodiki sənədlərin tələblərinə riayət edilmədiyi, ciddi hüquq pozuntularına, nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib. 
Proqnozlaşmanın tərtibi zamanı əvvəlki ilin faktiki və cari  ilin gözlənilən xərcləri nəzərə alınmayıb, xərclər əsaslandırılmadan artırılıb, qurumun maliyyə-təsərrüfat fəaliyyəti zərərlə nəticələndiyi halda, işçilərin mükafatlandırılması üçün vəsait ödənilib. Satınalmalar zamanı iddiaçıların təklifinin əsaslılığı araşdırılmayıb, kadr və ixtisaslaşdırma barədə məlumat alınmayıb, malların orta bazar qiymətlərinə uyğun ehtimal olunan qiyməti müəyyənləşdirilməyib, bəzi hallarda tenderin şərtlər toplusunun tələbləri gözlənilməyib, bir çox hallarda müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan açıq tenderlə həyata keçirilməli satınalma ayrı-ayrı kotirovkalara, kotirovka sorğusuyla xərc edilməli vəsait ayrı-ayrı müqavilələrə bölünməklə birbaşa müqavilələr bağlanıb.
2011-12-ci illərdə 25 halda qeyri-rezidentlərlə bağlanan satınalma müqavilələrinin icrası zamanı onlara ödənilən quraşdırma xərcinə görə hesablanmalı vergilər hesablanmayıb, dövlət büdcəsinə ödənilməli vəsait qeyri-rezidentlərə artıq köçürülüb. 
Büdcə və Tərəfdaşlıq Fondunun vəsaitləri hesbına 4 hüquqi şəxsə ödənilən vəsaitə görə mal alınmadığı və ya iş yerinə yetirilmədiyi halda, müvafiq sənədləşmələr tərtib edilərməklə debitor borcundan silinib.
Azot gübrəsinin alınması barədə 2011-ci il 11 may tarixli satınalma müqaviləsi üzrə məbləğ icarçıya əvvəlcədən ödənilib, müqaviləyə dəyişiklik edilərək azot gübrəsinin çeşidi və qiyməti dəyişdirilərək  nitroammafoska və ammofos gübrələrinin alınması razılaşdırılıb, nəzərdə tutulandan az azot və nitroammofoska gübrəsi, çox ammofos gübrəsi alındığı rəsmiləşdirilib.
 
Gübrə satışından gələn pul “yox”a çıxıb
 
Auditlə əhatə olunan dövrün sonuna kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qiymətlərlə mineral gübrə satışı üzrə böyük məbləğdə debitor borcu mövcud olub, ASC-nin 01 yanvar 2014-cü il tarixə tabeliyində olan bəzi aqroservis və loqistika bazalarının anbarlarında 5 adda mineral gübrə qalığı qalıb, maddi məsul şəxsin öhdəsində azot, nitroammofoska superfosfat gübrəsi və kalsium sulfat gübrəsi çatışmazlığı, gübrə satışından qəbzlərlə alınan vəsaitin kassaya mədaxil edilməsinə rəğmən quruma köçürülmədiyi və kassada gübrə satışından daxil olan nağd pul çatışmazlığı aşkar edilib. ASC-nin filiallarının  istifadəsində olan texnikalar üzrə ödənişlər aşağı səviyyədə olub, təchizat bazalarında və aqroservis filiallarının ərazisində istifadəsinə tələbat olmadığı halda 2005-2013-cü illərdə alınan müxtəlif növ texnikalar filiallarda və  bazalarda “saxlanc” adıyla istifadəsiz qalıb.
Bəzi hallarda müqavilə şərtlərinin tələblərinə riayət edilmədiyindən kənd təsərrüfatı texnikasının lizinq dəyərindən, 2011-13-cü illərdə 288 halda ilkin ödəniş az alınıb və cəmi 8 halda ilkin ödəniş ümumiyyətlə alınmayıb, lizinq dəyərinin cari ödənişləri mütəmadi olaraq gecikdirilib, borcun qaytarılmasının gecikdirildiyi hər günə cərimə tətbiq edilməyib, nəzərdə tutulmadığı halda cəmi 33 halda ilkin ödəniş lizinq alanlara geri qaytarılıb, 01 yanvar 2014-cü il tarixə “Aqrolizinq” tərəfindən müxtəlif hüquqi və fiziki şəxslərə lizinqə verilən 110 ədəd texnika uçotdan yayındırılıb, 2 ədəd texnikanın çatışmazlığı aşkar edilib, texnikalar üzrə borcun tam alınması təmin edilməyib, 331 hüquqi və fiziki şəxsə qarşı məhkəmələrdə iddialar qaldırılsa da zəruri prosessual hərəkətlər edilmədiyindən bəzi hallarda iddiaların təmin olunmasına, bəzi hallarda təmin olunan iddaların icrasına nail olunmayıb.
 
Görülən işlərin qiyməti şişirdilib
 
Əsaslı vəsait qoyuluşu üzrə yerinə yetirilməsi rəsmiləşdirilmiş tikinti işlərinin nəzarət-ölçü qaydasında araşdırılması nəticəsində işin həcmi və işlərin ehtimal olunan qiyməti arıtırılıb, nəticədə qiymət cədvəlində ümumi bazis-smeta qiymətlərinin düzgün tətbiq edilməməsi səbəbindən işlərin dəyəri süni şəkildə artırılaraq podratçıya artıq vəsait ödənilib, 2012-13-cü illərin tiikntisi başa çatdırılan obyektlər Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməyib. 
“Mühasibat uçotu haqqında” qanunun tələblərinə riayət edilməyərək cəmiyətin və onun strukturlarının uçot siyasətinin qəbul edilməsi barədə cəmiyyətdaxili prosedurlar hazırlanmayıb və tətbiq edilməyib, filiallarda texnikaların, əsas vəsaitlərin, azqiymətli və tezköhnələn əşyaların, mal-material qiymətlilərinin hərəkətinin analitik uçotu aparılsa da, sintetik uçotu aparılmayıb, onların dövriyyə cədvəlləri tərtib edilməyib, saxlanc adıyla uzun illər hərəkətsiz və istifadəsiz qalan texnikaların etibarlı qorunub saxlanması və səmərəli istifadəsi məqsədilə filiallar və baza anbarlarında analitik uçotu lazımi səviyyədə qurulmayıb, dəyərini, təmirini, ehtiyat hissələrin miqdarını və məbləğini əks etdirən “Əmlakın fərdi uçot kartı” açılmayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam