Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Dövlət Baytarlıq Xidmətində korrupsiya faktı

 

         Hesablama Palatasının Kollegiya iclası keçirilib.
 
   "xeberinfo.com": Kollegiya iclasında “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinin, o cümlədən dövlət büdcəsi vəsaiti hesabına maliyyə-təsərrüfat əməliyyatlarının, aktivlərinin uçotu, istifadəsi, saxlanılması və satışının, habelə vergi və digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsi vəziyyətinə dair auditin nəticələri üzrə” və “Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutuna ayrılan vəsaitlərin icrasına dair auditin nəticələri üzrə” Hesabat və Rəylər geniş müzakirə olunaraq təsdiqlənib.

Kollegiya tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlət əmlakından, o cümlədən ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, dövlətə və ayrı-ayrı vətəndaşlara  külli miqdarda zərərin vurulması faktlarının auditlə müəyyən edildiyi nəzərə alınaraq və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz əmək haqqı ödənişi, texniki və məişət avadanlıqlarının təmiri zamanı artıq büdcə vəsaitinin sərf olunması, əsaslı təmir işlərinin yerinə yetirilməsi zamanı iş həcmlərinin süni surətdə artırılması və bu kimi digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq, hər iki nəzarət tədbiri üzrə yoxlama materiallarının Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

   Kollegiya iclasında “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar daxil olan vəsaitlərin istifadəsi üzrə nəzarət tədbirinin proqramı təsdiqlənib. İclasda Palatanın funksional fəaliyyəti ilə bağlı cari məsələlər də müzakirə edilib, Palatanın 2013-cü ildə fəaliyyəti üzrə Hesabatının, eləcə də audit tədbirlərinin nəticələrinə əsaslanmaqla müvafiq qanunvericiliyin daha da təkmilləşdirilməsi üzrə Palatanın növbəti təkliflər toplusunun hazırlanmasına, eyni zamanda Palatanın Strateji İnkişaf Planının tətbiqi ilə bağlı beynəlxalq layihədə nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi məqsədilə bir sıra  tövsiyə və tapşırıqlar verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam