Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Şimali irlandiyalı futbolçu:"Azarkeşlər "Qarabağ"la oyunu unutmayacaq"

Şimali İrlandiyanın "Linfild" komandasının futbolçusu Mark Stafford karyerası ərzində unuda bilmədiyi 3 matçı açıqlayıb. 

Yenixeber.org: 33 yaşlı müdafiəçi "Qarabağ"ı evdə 3:2 hesabı ilə məğlub etdikləri Avropa Liqasının pley-off mərhələsinin ilk görüşünü də həmin oyunların siyahısına daxil edib. 

Şimali irlandiyalı oyunçu Ağdam təmsilçisini yaxşı kollektiv adlandırıb. O, "Qarabağ"ın digər qarşılaşdıqları komandalardan fərqli səviyyədə olduğunu söyləyib: "Rəqib qısa müddət ərzində hesabda önə keçdi. Amma birinci hissənin bitməsinə 5 dəqiqə qalmış hesabı bərabərləşdirdim. Şeyn Leyveri hissənin sonlarında fərqləndi. O, sonra özünün ikinci qolunu vurdu və biz 3:2 hesabı ilə qalib gəldik".

Stafford avrokubok oyunlarından öncə İspaniyanın Marbelya şəhərində təlim-məşq toplanışında olduqlarını və bunun "Linfild"ə çox yaxşı təsir etdiyini deyib: "Mən avrokubok oyunlarına girəndə ən yaxşı formada idim".

Müdafiəçi "Qarabağ"la oyunda "Vindsor Park" stadionundakı atmosferin xüsusi olduğunu da dilə gətirib: "Bu, klubumuzun avrokuboklarda keçirdiyi ən böyük gecələrdən biri idi. Atmosfer çox gözəl idi və azarkeşlər bunu heç vaxt unutmayacaq. Avrokubok oyunu fərqlidir, hər zaman böyük izdiham yaşanır". 

Qeyd edək ki, "Qarabağ" Belfastdakı məğlubiyyətin əvəzini Bakıda 2:1 hesablı qələbə ilə çıxıb və səfərdə daha çox qol vurduğu üçün Avropa Liqasının qrup mərhələsinə yüksəlib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam