Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Azərbaycan Tokio paralimpiadasını -14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub

Azərbaycan Tokio paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub

Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışlarını başa vurub.

Yenixeber.org: Bu gün mübarizəyə qoşulan Yelena Taranova və Kamran Zeynalov 50 metr məsafayə güllə atma növündə finala vəsiqə qazana bilməyib. Taranova 503 xalla 29-cu, Zeynalov isə 518 xalla 20-ci olub.

Qadın para-atlet Yulia Yanovskaya 400 metr məsafəyə qaçışda 57,18 saniyə ilə 5-ci yeri tutub. Eyni növdəki Lamiyə Vəliyeva məsafəni 55 saniyəyə qət edərək qızıl medal qazanıb və paralimpiya rekordunu qırıb.

Bundan əlavə, digər para-atlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7,36 metr nəticə göstərib.

Beləliklə, Tokio-2020 Yay Paralimpiya Oyunları Azərbaycan idmançıları üçün başa çatıb. Yarışda ölkənin 34 paralimpiyaçısı mübarizə aparıb.

Qeyd edək ki, aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında hazırda 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, yarışa sentyabrın 5 də yekun vurulacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam