Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Klublarımıza defibrilyator cihazları Eriksen olayına görə verilib?

Klublarımıza defibrilyator cihazları Eriksen olayına görə verilib?

"Defibrilyator cihazları AVRO-2020 üçün alınmışdı. Bu, UEFA-nın tələbidir, öz bayrağı altında keçirilən bütün turnirlərdə olmalıdır".

Yenixeber.org: Bu fikirləri AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla avrokuboklarda çıxış edən “Neftçi”, “Qarabağ”, “Keşlə” və “Sumqayıt” klublarına defibrilyator cihazlarının verilməsi barədə danışarkən deyib.

O bildirib ki, cihazların komandalara təqdim olunmasının Avropa çempionatında Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksenin üzləşdiyi hadisə ilə heç bir əlaqəsi yoxdur: "Həmin hadisənin buna nə aidiyyatı ola bilər ki? Sadəcə, Avropa çempionatı bitdi, biz də cihazları klublıara verdik ki, ehtiyac olsa, istifadə etsinlər".

Klublardan verilən məlumata görə isə bu cihazdan daha əvvəl onlarda olmayıb. Yalnız "Keşlə"nin meneceri Eldəniz Yusifov ötən mövsüm Albaniya "Laçi"si ilə Avropa Liqasının I təsnifat mərhələsinin ev oyununda AFFA-nın klubu defibrilyatorla təmin etdiyini vurğulayıb: "UEFA-nın tələbinə uyğun olaraq, bu cihaz bizə bir oyunluq təqdim edilmişdi. Yəni, artıq təcrübəmiz var. Bundan sonra isə defibrilyator komandaların tamamilə istifadəsinə veriləcək".

"Keşlə" rəsmisinin sözlərinə görə, yeniliklər müəyyən təcrübənin əsasında tətbiq olunur: "Mən mütəxəssis və ya həkim deyiləm, ona görə də Eriksenlə bağlı hadisənin buna nə dərəcədə təsir etdiyini bilmirəm. Bu suala onlar daha yaxşı cavab verə bilərlər. Amma futbolda şərtlər dəyişib. Adi oyun qaydalarında belə, dəyişiklik nəzərə çarpır. Yəqin, günün tələbidir ki, AFFA qabaqcıl təcrübədən istifadə edərək bunu çempionatda tətbiq edir. Hər halda alqışlanası addımdır".

"Qarabağ"ın Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə isə deyib ki, Avropa çempionatında Eriksenlə bağlı yaşanan təcrübə belə halların bir daha təkrarlana biləcəyini göstərib: "Təbii ki, biz bunu qəti arzulamırıq. Amma futbolda hər an belə hadisələr baş verə bilər. Görünənlərdən, yaşananlardan nəticə çıxarmalıyıq. Bizim üçün hər şeydən öncə insan həyatıdır. Bu cür cihazların klublara verilməsi çox təqdirəlayiq haldır. Fürsətdən istifadə edib, təşəkkürümüzü bildiririk".

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam