Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

AFFA-nın baş katibi: "Axırıncı yeri tutan komanda I Diviziona getməlidir"


  "Kəpəz"ə lisenziya müvafiq komissiyaya müraciət etdikləri üçün verilib. Lisenziyanı əziyyət çəkərək, hüquqi baxımdan alıblar"

Yenixeber.org:Bunu açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov Lisenziya Komissiyasının qərarını şərh edərkən deyib.
Milli assosiasiya rəsmisi Gəncə komandasının gələn mövsüm Azərbaycan Premyer Liqasında çıxış etməyəcəyinə işarə vurub:
"İdman prinsiplərinə uyğun olaraq, axırıncı yeri tutan komanda Premyer Liqadan I Diviziona getməlidir".
Baş katib "Kəpəz"in qalması və I Divizionun qalibi "Xəzər"in də gəlişi ilə 10 komandalı Premyer Liqa mümkündürmü" sualını isə belə cavablandırıb:
"Açığı, I Divizion komandaları bütün sənədləri təqdim etməyiblərsə, apellyasiya üçün verilən 10 gün vaxt ərzində heç nə dəyişə bilməz".
AFFA-nın Lisenziya Komissiyası "Qarabağ", "Qəbələ", "Neftçi", “Sumqayıt”, “Zirə”, "Keşlə", "Səbail" və "Kəpəz"lə yanaşı, I Diviziondan "Sabah" klubunun gələn mövsüm Premyer Liqada iştirakı üçün lisenziya verib. Əvəzində aşağı liqanın qalibi "Xəzər" klubu elitada çıxış etmək üçün lisenziya ala bilməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam