Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"Dinamo" - "Neftçi": -41 il sonra, ikinci dəfə, eyni hesabla

Dinamo - Neftçi: 41 il sonra, ikinci dəfə, eyni hesabla - ARAŞDIRMA

"Neftçi" klubu 41 ildən sonra Gürcüstan "Dinamo"sunu səfərdə eyni hesabla məğlub edib.

Yenixeber.org: Tarixdə ikinci belə qələbə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa təsadüf edib. "Ağ-qaralar" "göy-ağlar"ı tarixdə birinci dəfə 1980-ci il SSRİ çempionatının XXII tur matçında məğlubiyyətə uğradıb. Sentyabrın 13-də keçirilmiş həmin görüşdə də ilk yarı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Fasilədən sonra isə "Neftçi" qələbə topunu vurub.

Eyni hal ötən gün təkrarlanıb. "Neftçi" 23-cü dəqiqədə Namik Ələskərovun qolu ilə hesabı açsa da, 13 dəqiqə sonra meydan sahibləri Zoran Maruşiçin dəqiq zərbəsi ilə tarazlıq yaradıb. Oyunda son nöqtəni isə 57-ci dəqiqədə penalti ilə Emin Mahmudov qoyub.

Ümumilikdə "Neftçi" Tbilisi "Dinamo"su ilə 53 dəfə üz-üzə gəlib. Bunların 12-də qalib gələn "ağ-qaralar" meydanı 16 heç-heçə və 25 məğlubiyyətlə tərk edib. Qələbələ və heç-heçələrin hərəyə 10-u, məğlubiyyətlərin isə 6-sı ev oyunlarına təsadüf edib. Azərbaycan komandası səfər qarşılaşmalarından 2 qələbə, 6 heç-heçə və 19 məğlubiyyətlə ayrılıb.

Bu komandaların SSRİ çempionatındakı son oyunları 1988-ci ildə gerçəkləşib. Aprelin 23-də "Dinamo"ya evdə 1:0 hesabı ilə qalib gələn "Neftçi" avqustun 24-də səfərdə uduzub - 0:2.

Qeyd edək ki, müstəqillik illərində Tbilisidə "Dinamo" ilə daha əvvəl iki dəfə "Qəbələ" qarşılaşıb. "Qırmızı-qaralar" 2015-ci ildə 1:2, 2019-cu ildə 0:3 hesabı ilə uduzub.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam