Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

"Neftçi" "Sabah"ı darmadağın edərək, vahid liderə çevrilib

 

 

 Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Yenixeber.org: Məlumata görə, lider "Neftçi" debütant "Sabah"ı qəbul edib.

"Bakcell Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Hesabı 9-cu dəqiqədə "Neftçi"nin yeni transferi Canluka Sansone açıb. Təkbətəkdən fərqlənən italiyalı hücumçu Premyer Liqada ilk qolunu vurub. 24-cü dəqiqədə kapitan Emin Mahmudov qüvvətli zərbə ilə topu "9-luğ"a göndərib. Oyunda son nöqtəni 79-cu dəqiqədə Baqali Daboqoyub. Fransalı hücumçu qollarının sayını 9-a çatdıraraq, bombardirlər siyahısında liderliyini möhkəmlədib.

Flaqman oyunu azlıqda başa vurub. 84-cü dəqiqədə Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb.

Bu qələbə sayəsində xallarını 41-ə çatdıran "Neftçi" ən azı bir günlük vahid liderə çevrilib. 21 xala malik "Sabah" isə 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Səbail" "Sumqayıt"la qolsuz heç-heçə edib - 0:0. Tura sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam