Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı" -Emre Belözoğlu

"Bizim üçün Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyə. Kədəri də, sevinci də paylaşırıq. Hər zaman dualarımız və dəstəyimizlə Azərbaycanın yanındayıq".

Yenixeber.org: Bunu Türkiyənin "Fənərbağça" klubunun idman direktoru Emre Belözoğlu "CBC Sport" telekanalında yayımlanan "Türkiyədən futbol" verilişinə açıqlamasında Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən deyib.

Veteran futbolçu bildirib ki, Qarabağ işğaldan azad olunduqdan sonra orada oyun keçirmək istəyirlər: "Ümid edirəm ki, tezlikdə Qarabağ erməni işğalından azad olacaq. Orada futbol oynamaq bizim üçün böyük xoşbəxtlik olardı. Azərbaycan xalqının dualarına ehtiyacım var".

Klubun seleksiya qrupunda Azərbaycan futbolunu izləyən nümayəndələri olduğunu bildirən Belözoğlu ona hesabatların göndərildiyini deyib: "Fənərbağça"da yeni vəzifəyə təyin olundum. Burada ən yaxşısını etmək üçün mübarizə aparacağam. Bizin qan bağlılığımız olduğu üçün hər zaman gözümüz orada olacaq".

Qeyd edək ki, Emre Belözoğlu 2019/2020 mövsümünün sonunda futbolçu karyerasını başa vurub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam