Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Naci Şensoy: -"Azərbaycan tarixi şansdan maksimum yararlanmalıdır"

Naci Şensoy: Azərbaycan tarixi şansdan maksimum yararlanmalıdır

"Hər şey iyunda ermənilərin Tovuzla sərhəd xəttində törətdiyi təxribatlardan sonra başladı və hazırda davam edir. Amma istənilən halda müharibə hansısa formada başlamalı idi. Çünki Qarabağ başqa cür işğaldan azad olunmayacaqdı".

Yenixeber.org: Bu fikirləri açıqlamasında "Turan Tovuz" klubunun sabiq baş məşqçisi Naci Şensoy Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən deyib.

Türkiyəli mütəxəsssis bildirib ki, Azərbaycan Ordusu ələ düşmüş fürsəti yaxşı dəyərləndirməlidir: "Hamımız çox istərdik ki, ermənilər işğal etdikləri torpaqları özləri tərk etsinlər. İndi ki müharibə istədilər, tarixi fürsətdən maksimum yararlanmaq və problemi kökündən həll etmək lazımdır. Çünki Qarabağ Azərbaycan torpağıdır və mütləq geri qaytarılmalıdır. Çünki türk özünün olmayan torpağı heç vaxt tələb etməz. Eyni zamanda öz ərazisini də heç kimə verməz".

Ermənilərin mülki əhalini hədəf seçməsinə də toxunan Şensoy özünün "Facebook" səhifəsində bu cür təxribatları pislədiyini vurğulayıb: "Çünki onlar silahsız insanların üstünə raket yağdırırlar. Halbuki müharibənin də öz qanunları, mərdliyi, belə demək mümkünsə, feyr-pley qaydaları var. Bu, insanlığa qarşı cinayətdir. Fransa və bir çox Avropa ölkəsi 1915-ci ildə baş vermiş bədbəxt hadisəni Türkiyənin ermənilərə qarşı soyqırımı kimi qələmə verirlər. Bu, tamamilə yalandır və məsələyə siyasi yanaşmadır. Mən də bütün dünyaya səslənirəm: ermənilərin Gəncəyə, günahsız insanlara necə raket atmasına baxsınlar və 1915-ci ildə kimin kimə qarşı genosid törətdiyini görsünlər".

62 yaşlı mütəxəssisin sözlərinə görə, ədalətli dövlətlər bu müharibədə kimin haqlı olduğunu görür: "Türkiyə də qurtuluş savaşını haqlı olduğu üçün qazandı. Bu səbəbdən, Azərbaycan bundan sonra da cəsarətli olmalıdır. Çünki haqlıdır. Düzdür, bu yolda, əlbəttə, şəhidlər olacaq. Necə deyərlər, "Torpaq - uğrunda ölən varsa, vətəndir". Ona görə də işğal altındakı torpaqları azad etməmiş dayanmaq olmaz. Əhval-ruhiyyəni yüksək saxlamaq lazımdır. Türkiyə də daxil olmaqla, bütün dünya Azərbaycanın tərəfindədir. Ya indi, ya da heç vaxt"!

Şensoy sonda Azərbaycan xalqına səslənib: "Möhkəm dayan, Azərbaycan. Haqlı mübarizəndən əsla vaz keçmə və bu fürsəti yaxşı dəyərləndir. Sənə aid olan torpaqların hamısını geri qaytarmadan fikrindən dönmə. Qarabağ Azərbaycandır"!

Qeyd edək ki, Naci Şensoy 2002/2003, 2004/2005 mövsümündə və 2012-ci ildə "Turan Tovuz"a başçılıq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam