Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

SOCAR-ın İŞÇİLƏRİ ETİRAZ AKSİYASI KEÇİRDİ -FOTOLAR

 

3-1

SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Energy A.Ş.”-nin tabeliyində fəaliyyət göstərən STAR neft emalı zavodu və “Petkim Petrokimya Holding A.Ş.”-nin işçiləri etiraz aksiyası keçirdi.

Yenixeber.org:   Türkiyə mətbuatına istinadən xəbərə görə, aksiyaya səbəb STAR-ın işçilərinin “Petkim”ə transfer olunması ilə bağlı rəhbərliyin verdiyi qərardır. Ötən günün ikinci yarısında tətil elan edən işçilər, bu gün səhər saatlarından etibarən şirkətlərinin önündə aksiya keçirir. Aksiyadan öncə rəhbərliyə ciddi xəbərdarlıq ünvanlayaraq verilən qərarın ləğv olunması tələb olunub.

KİV yazır ki, etiraz aksiyası dinc şəraitdə keçir. Etiraz aksiyasının iştirakçıları bildirir ki, “SOCAR Turkey Energy” bu qərarla həmkarlar ittifaqının fəaliyyətinin dayandırılmasına səbəb olmaq niyyətindədir.

Aksiya iştirakçılarının yerli mətbuata verdiyi məlumata əsasən, “SOCAR Turkey Energy” 132 işçini STAR-dan “Petkim”ə transfer etmək niyyətindədir.

Mətbuat həmçinin yazır ki, etiraz aksiyasından sonra yerli aidiyyəti qurumlar şirkət rəhbərliyi ilə danışıqlara başlayıb. Hələlik qurum rəsmiləri danışıqların nəticələrini açıqlamayıb, lakin yaxın vaxtda aksiya iştirakçılarına bu barədə məlumat veriləcək.

1
2-1
3-1
4-15

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam