Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

“Gömrük rüsumları od tutub yanır”

gomruk-mal-yukmasiniÖlkəyə kərpic gətirən sahibkar onu neçəyə satacağını bilmir

“Məcburam gömrük xərci baha başa gələn materialları baha satam ki, heç olmasa, mayanı çıxarım. Müştəri gəlir, qiymətini soruşur, gözləri kəlləsinə çıxır və… gedir. Alver tamamilə ölüb”.

Xeberinfo.com:  Araz Nağıyev sahibkardır. Uzun illərdir müxtəlif ölkələrdən tikinti materialları gətirib satır. Ancaq noyabrın 1-dən gömrük rüsumlarının artırılması sahibkarlıq fəaliyyətinin “belini qırıb”:

“Gömrük incitsə də…”

“Ağ, qırmızı kərpiclər gətiririk. Neçə ildir bu işlə məşğul oluruq. İnsafən, gömrük bizi incitsə də, əvvəllər işimiz bundan yaxşı gedib. Noyabrın 1-dək gətirdiyimiz yükə görə gömrük rüsumu 1400, 1250, 1280 manat civarında olurdu. Ayın 1-də növbəti dəfə yük gətirəndə, Azərbaycan gömrüyündə “sürprizlə” qarşılaşdıq. Bizdən gətirdiyimiz yükə 3 min 400 manat gömrük rüsumu aldılar. Gömrük rüsumlarının artırılması barədə qərar noyabrın 2-də qüvvəyə minsə də, bizdən noyabrın 1-də rüsumu təzə qiymətlərlə aldılar. Mübahisənin yeri yox idi, ya ödəniş etməliydik, ya da mallarımız müsadirə olunacaqdı. Çarəsiz qalıb istədikləri mıəbləği ödəməli olduq”.

Sahibkar çıxılmaz durumda qalıb

İndi bilmir gətirdiyi məhsulu neçəyə satsın ki, həm xarici ölkədən yükü Azərbaycanadək gətirib çıxarmağa çəkdiyi xərci, həm də gömrükdə ondan alınan 3 min 400 manatı çıxara bilsin. Deyir, bu gedişlə ölkədə sahibkarlıq fəaiyyəti ilə məşğul olmaq müşkülə çevriləcək:

“Əvvəl ağ kərpicin birini 16 qəpiyə, qırmızı kərpici isə 26 qəpikdən satırdım. İşi qurmaq asan başa gəlməyib. Daimi müştərilər toplasam da, hamısını bir günün içində itirdim. Müştəri gəlir, baxır ki, qiymətlər az qala ikiqat bahalaşıb, dönüb gedir. Hələ mayanı da çıxara bilməmişəm”.

“Təksə rüsumlar artmayıb”

Sahibkar deyir, təkcə rüsumlar yox, dayanacaq və s. xidmətlərin də xərcləri ikiqat, üçqat artıb. O, hökumətin məsələyə əncam çəkməsini istəyir.

Nazirlər Kabinetinin 26 sentyabr 2016-cı il tarixli, 367 saylı qərarı ilə Azərbaycana idxal olunan 40 adda məhsulun rüsumu artırılıb. Qərar noyabrın 1-dən qüvvəyə minib. Gömrük rüsumlarının artırılması qida və tikinti bazarında bahalaşmaya və alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Sahibkarlar rüsumların artırılmasından narazıdırlar. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam