Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Rabitə işi üzrə həbs olunanlardan ikisi azadlığa buraxıldı

rabite nazirliyiMilyonlarla dövlət vəsaitinin yeyilməsindən bəhs olunan cinayət işi üzrə məhkəmə tələsik başa çatdırıldı

Xeberinfo.com:  Ötən ilin sonunda MTN ətrafındakı olaylarla əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həyata keçirilən həbslər zamanı tutulanlardan ikisi –  Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının keçmiş rəisi Fətullah Seyidov və qovşağın sabiq baş mühasibi Rəşad Məmmədov azadlığa buraxılıb. Bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

Yaxınlarının “Azadlıq”a verdiyi məlumata görə, Fətullah Seyidov və Rəşad Məmmədov bir ilə yaxın həbsdə saxlanıldıqdan sonra şərti cəza ilə azadlığa buraxılıb. Onlar hökm elan olunandan sonra elə məhkəmə zalından azadlığa çıxıb.

Qeyd edək ki, adları çəkilən şəxslər mənimsəmə, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə kimi əməllərdə ittiham olunurdu. Hökmə əsasən, onlar bu əməllərdə təqsirli hesab olunub, sadəcə, verilən cəza şərti hesab edilib.

Onlar Nizami telefon qovşağında aparılan təmir-tikinti işləri zamanı xərclərin şişirdilib mənimsənilməsində ittiham olunurdu. Söhbət milyonlarla vəsaitin mənimsənilməsi, israf edilməsindən gedirdi.

Təqsirləndirilən şəxslər məhkəmədə ifadə verərkən mənimsəməyə yol verildiyini təkzib etməmişdilər. Sadəcə, özlərinin verilən göstərişə əməl etdiklərini, tapşırılan sənədləri imzaladıqlarını bildirmişdilər. Bu məhkəmə prosesində dindirilən şahidlər kifayət qədər səs-küylü ifadə vermişdilər. Onlar da xərclərin şişirdildiyini təsdiqləyərk, bu barədə göstərişin nazirlikdən gəldiyini demişdilər. Rabitə Nazirliyinin həbsdə olan vəzifəli şəxslərindən Bakı Telefon Rabitə İstehsalat Birliyinin direktoru olmuş Beytulla Hüseynov konkret olaraq, təmir-tikinti xərclərinin 20-25 faiz şişirdildiyini təsdiqləmişdi. Həmçinin açıq şəkildə bildirmişdi ki, bu addım özbaşına atılmayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bu barədə göstəriş verilib, işçilər də ona əməl edib.

“20-25 faiz dərəcəsi barədə şəxsən mən göstəriş vermişəm. Məndən də belə tələb olunub”, – deyə Beytulla Hüseynov bildirmişdi.

Şahid qismində dindirilən başqa əməkdaşlar da işlərini işitməkdən çəkinərək, deyilən göstərişə əməl etdiklərini, xərclərin şişirdildiyi sənədləri imzaladıqlarını bildirmişdi.

Onu da qeyd edək ki, bu iş üzrə məhkəmə istintaqı sentyabrın 29-da başlamışdı. Milyonlarla dövlət vəsaitinin yeyilməsindən bəhs olunan cinayət işi üzrə məhkəmə araşdırmalarının belə tələsik başa çatdırılması bir sıra suallar doğurur. İstisna olunmur ki, məhkəmədə şahid ifadələrində səslənən faktlar narahatlıq yaradıb və bu işin tələsik bağlanması qərara alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam