Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Gömrük məhdudiyyəti bu şirkətləri vurdu

df41d08ae9f4b2494c64977fae431934_XL

Azərbaycan hökumətinin idxal olunan bəzi məhsullara tətbiq etdiyi məhdudiyyətlər Gürcüstandan ölkəmizə ixracın həcminə neqativ təsir edəcək.

Xeberinfo.com:  “Georgia Online” portalı xəbər verir ki, bu fikri Gürcüstanda fəaliyyət göstərən sahibkarlar səsləndirib.
“Nabeqlavi” mineral su istehsalçısının təsisçisi Avtandil Svimonişvili deyir ki, Azərbaycana ixrac şirkətin dövriyyəsində böyük paya malik olmasa da, məhdudiyyətlər şirkətə hiss olunacaq dərəcədə zərər vura bilər: “Mövcud durumda biz başqa bazarlara köklənməliyik. Əlbəttə, biz Azərbaycana ixracı davam etdirəcəyik. Lakin qiymət artımı fonunda tələbatın azalması qaçılmazdır. Biz isə azərbaycanlı tərəfdaşlarımıza məhsulumuzu köhnə qiymətə satmağa davam edəcəyik. Biz artıq tərəfdaşlarımızla əlaqə yaratmışıq, lakin onlar da gözləmə mövqeyindədir”.

Quşçular Assosiasiyasının və “Kumisi” şirkətinin rəhbəri Zurab Uçumbeqaşvili də bildirir ki, Azərbaycan hökumətinin qərarı bu ölkəyə məhsul ixrac edən şirkətlərə olduqca neqativ təsir edəcək: “Gürcüstandan Azərbaycana yalnız broyler toyuqları və inkubator yumurtaları ixrac olunur. Gürcüstandan fərqli olaraq, Azərbaycanda yerli istehsalı və istehsalçıları müdafiə edirlər. Azərbaycan hökumətinin qəbul etdiyi qərar olduqca zəruri və düzgün addım idi”.
O əlavə edib ki, Gürcüstanın ixrac etdiyi quşçuluq məhsullarının 7-8%-i Azərbaycanın payına düşür.

Gürcüstanda sement istehsalı ilə məşğul olan iri şirkətlərdən birinin rəhbəri Mindia Qurqenidze isə deyir ki, Azərbaycanın tətbiq etdiyi məhdudiyyətlər tikinti materiallarının ixracını da ciddi təsir edəcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam