Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

“İki konserv zavodu inşa edildi. Bir ildən sonra dayandı…”

derin-ozuller-zavoduÖz ayaqları üstündə dayanacaq rayonlar

Xeberinfo.com:  Gələn ilin dövlət büdcəsi layihəsinə görə, 33 şəhər və rayon xərclərini öz gəlirləri hesabına ödəməlidir. İndiyə kimi Azərbaycanda 5 şəhər və 2 rayon özünü dolandırırdı.

İndi, özünü dolandıracaq rayonlar arasında Astara, Lənkəran və Masallı da var.

Ötən il Astaranın büdcə kəsiri 5 milyon 423 manat, Lənkəranın 18 milyon 804 manat, Masallının isə 18 milyon 576 manat olub.

Göründüyü kimi kəsir elə də az deyil. Bəs bu rayonlar gələn ildən özlərini dolandıra biləcəklərmi?

Əlbəttə, burda təhsil, mədəniyyət və idman xərclərinin bundan sonra mərkəzləşmiş qaydada ödəniləcəyi də nəzərə alınmalıdır.

«Əslində əhalinin böyük hissəsinə bunun birbaşa aidiyyəti yoxdur»

Yerli iqtisadçılardan Əlipənah Rzalı vəziyyəti belə dəyərləndirir:

Əlipənah Rzalı

Əlipənah Rzalı

«Burada əsas ödəmələr təhsilə gedir. Mən biləni təhsilin xərclərini yerli xərclərdən ayırblar. Qaldı səhiyyə, yerli icra orqanları və bəzi nazirliklərin yerdə olan idarələri. Əslində, əhalinin böyük hissəsinə bunun birbaşa aidiyyatı yoxdur. Əhali özünü dolandırır. Astara rayonun illik büdcəsi təxminən 19 milyon, Lənkaran rayonun 35 milyon, Masallı rayonun 27 milyondur. Cəlilabad rayonu bu rayonların sırasında deyil. Cəlilabad rayonun büdcəsi 31 milyon manatdan çoxdur. Kəsiri də böyükdür, 24, 5 milyon manatdır»

«Monopoliya və rüşvətxorluq, sahibkara təzyiqlər aradan götürülməlidir»

Onun sözlərinə görə əsas problem idarə etmədədir. İqtisadçının fikrincə, idarəetmə yeni qaydalara uyğunlaşdırılmalıdır: «Bu rayonların əsas qazancı kənd təsərrüfatındandır. İstehsal olunmuş kənd təsərrüfatı məhsullar isə vergidən azadır. Ehtiyat burdadır. Burda da qanunlar dəyişməlidir. Rayonların başında duranlar təsadüfü adamlar olmamalıdır. Seçki yolu ilə seçilməlidirlər. Sahibkarlar üçün biznes mühiti yaradılmalıdır. Monopoliya və rüşvətxorluq, sahibkara olan təzyiqlər aradan götürülməlidir. Buna illər lazımdır».

Vidadi Mirzəyev

Vidadi Mirzəyev

«Rayon başçıları rəqəmlərin əsirinə çevriliblər»

Digər iqtisadçı Vidadi Mirzəyev isə hesab edir ki, yeni qaydanın müsbət və mənfi tərəfi var: «Ötən il Lənkəranda ümumi məhsul buraxılışı 350, 3 milyon, Astarada 175 milyon 558 manat olub. İl ərzində Lənkəranda 126 min ton tərəvəz istehsal olunub. Bu rəqəm Astarda təxminən 50 min tondan yuxarı olub. Bu rəqəmlər sovet dövründə əldə edilmiş rəqəmlərə yaxındır. Sovet dövründə il boyu tərəvəz daşınardı. Hanı 50 min ton tərəvəzi daşıyan yük maşınları? Astarada 14 sovxoz fəaliyyət göstərərdi. Bir sovxozda yüzlərlə kənd təsərrüfatı texnikası var idi. Indi o yoxdur. Demək istəyirəm ki, bu rəqəmlər reallığı əks etdirmir. Rayon başçıları rəqəmlərin əsirinə çevriliblər. Yeni qaydaya keçəndən sonra yalançı rəqəmlər ortadan qalxar».

«Bazar olmalıdır»

O yerli büdcəni doldurmaqdan ötrü inzibatı yollara əl atacaqlarını düşünür.İqtisadçının fikrincə əhali arasında narazılıq arta bilər: «Uzun müddətdir ki, kənd təsərrüfatı məhsulları vergidən azad edilir. Bu sahəyə vergi tətbiq etmək üçün birinci növbədə, mövcud olan problemlər aradan qaldırılmalıdır. Kənd təsərrüfatı məhsullarının bazarı olmalıdır. Sovet dövründə Lənkəran, Masallı, Astara rayonlarında yetişdirilən tərəvəz Rusiyanın Moskva və Leninqrad şəhərlərinə daşınardı. Bazar var idi. Düzdür bu bazar tərəvəzçilərə qəpik-quruş verirdi. Lakin var idi. İndi yoxdur. Ölkə bazarı isə istehsal ediləcək min tonlarla tərəvəzin içində batacaq. Əkinçi müflis olacaq və növbəti ildə heç nə əkməyəcək. Narazılıq yaranacaq. Bu bazarı isə hökumət tapmalıdır, əkinçi yox».

«İki konserv zavodu inşa edildi. Bir ildən sonra dayandı».

İqtisadçı kənd təsərrüfatında vəziyyətin ürəkaçan olmadığını dilə gətirir:«Tərəvəzçilik, çayçılıq, sitrusçuluq, çəltikçilik, balıqçılıq, heyvandarlıq və digər sahələr görün nə vəziyyətdədir? Müstəqillik dövründə bu sahələr demək olar ki, iflic vəziyyətinə düşüb. Sovet dövründə təkcə Astarada 7 min tondan çox yaşıl çay yarpağı tədarük olunardı. İndi isə bu rəqəm 400-500 tona düşüb. Çay fabrikləri olsa da kifayət qədər xammal yoxdur. İki konserv zavodu inşa edildi. Bir ildən sonra dayandı».

«Neftdən millətimiz xeyir görmədi»

Bütün bunlara baxmayaraq Vidadi Mirzəyev bu addımı müsbət qiymətləndirir:«Neftdən və qazdan azad olarıq. Belə görünür ki, bu neftdən millətimiz xeyir görmədi, bundan sonra da görməyəcək. Digər tərəfdən xalqımız ələbaxımlıqdan qurtulacaq, özünə güvənəcək. Orta təbəqə inkişaf edəcək. Mərkəzi hakimiyyətdən asılılıq azalacaq. Kollektiv təsərrüfata ehtiyac yaranacaq. Hansı qaydada olacaq, onu gələcək göstərəcək».

(azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam