Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Lənkəranskidən sonra klanı başsız qalıb, dağıdırlar - FOTO+VİDEO

Bu ilin avqustunda İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) Rusiyanın Yekatrinburq şəhərinə nəzarət edən qruplaşması dağıdılır.

Xeberinfo.com:  Virtualaz.org xəbər verir ki, Lənkəranskinin klanının aparıcı fiqurlarından olan Əhliman Gənciyev bir neçə azərbaycanlı ilə birlikdə həbs olunub. O, qiymətli daşların qanunsuz dövriyyəsində şübhəli bilinir.

Hüquq-mühafizə orqanlarından URA.ru-ya bildiriblər ki, Əhliman Gənciyevin və digərlərinin saxlanılması üçün xüsusi əməliyyat sentyabrın 29-da keçirilib. Lakin onların Malışev qəsəbəsindən çıxarılmış zümrüd daşını satmaq üçün sövdələşməyə girdikləri yalnız bu gün, oktyabrın 3-də üzə çıxıb. Bildiilir ki, Gənciyev 1 milyon rubl dəyərində olan 1.255 kiloqramlıq zümrüd daşını satmağa cəhd edib.

 

Lakin digər versiyaya görə Gənciyev daşı bağışlamaq üçün gətiribmiş, üçüncü versiya isə onun daşın satışının təhlükəsizliyini təmin etmək istədiyi barədədir. Çünki Lənkəranskinin adamının üzərində odlu silah, o cümlədən tapança olub. İfadələri alındıqdan sonra Gənciyevi və digərlərini başqa yerə getməmək şərti ilə azad ediblər. Qiymətli daşların qanunsuz dövriyyəsinə görə onları 7 il həbs gözləyə bilər.

 

Gənciyev “Rövşən Lənkəranski”nin Yekatrinburq üzrə “smotryaşi”si olub. O, Azərbaycan Rusiya bazarlarına göyərti təchizatına nəzarət edib, habelə bazarlardan “töycü” yığaraq Lənkəranskiyə göndərib.  2016-cı ilin yazına qədər Yekatrinburq bazarlarındakı icarəçilərdən Canıyevə haqq yığmaqla məhz Gəncyev, Azər Piriyev və qohumu Bəhruz məşğul olurdular. Lakin Canıyevin ölümündən sonra bu ittifaq dağılıb, nəticədə Piriyevi tərəvəz bazarlarında məsələləri həll etməkdən kənarlaşdırıblar.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam