Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Sabiq güləşçimiz “İŞİD”in tərkibində öldürülüb

camsulvara-camsulvarayevAzərbaycan millisinin sabiq güləşçisi Çamsulvara Çamsulvarayev İraqda öldürülüb.

Xeberinfo.com:  Apasport.az saytının məlumatına görə, “İŞİD”in tərkibində “Al Bara” ləqəbi ilə döyüşən idmançı Mosul şəhərində Dağıstandan olan digər dindar, “Əbu Zeyd” kimi tanınan Məhəmməd Əhmədovla birgə qətlə yetirilib.

Belə ki, “İŞİD”ə qoşulan Əhmədovun ölüm xəbəri sentyabrın 22-də öz qohumları tərəfindən yayılıb. O, pilotsuz qurğu ilə zərbədən sonra dünyasını dəyişib. Həmin vaxt “Əbu Zeyd”lə birgə avtomobildə daha 5 nəfər olub. Onlardan da biri “Al Bara” imiş. Çamsulvarayevin ölümünü Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.

32 yaşlı Çamsulvaranın qohumları hələlik onun ölümü barədə məlumata malik deyillər.

Qeyd edək ki, Çamsulvarayev Azərbaycan millisinin heyətində 74 kq çəki dərəcəsində dünya çempionatının gümüş (2009), bürünc (2007) medallarını qazanıb. Həmçinin 2009-cü ildə Avropa çempionu tituluna yiyələnib. Çamsulvaranın aktivində qitə çempionatının 3 bürünc (2007, 2008, 2010) mükafatı da var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam