Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

ÖZƏLLƏŞDİRMƏ HƏRRACINDA DAVA: 3 min manat ödətdirib aldatdılar

gi9

“Mənə dedilər ki, 10% beh ödə, qalanını isə hərracda ödəyərsən”

Xeberinfo.com:   Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı bu gün keçirdiyi ilk açıq hərracda dava düşüb. “Report” xəbər verir ki, mübahisə Bakının Nəsimi rayonunda yerləşən ticarət obyektinin özəlləşdirilməsi zamanı yaranıb.

Start qiyməti təxminən 30 min manat olan mağazada uzun illər icarədar kimi fəaliyyət göstərmiş Vəliyəddin Məmmədov obyektin başqası tərəfindən özəlləşdirilməsinə etiraz edib: “Mənə dedilər ki, 10% beh ödə, qalanını isə hərracda ödəyərsən. Mən də bankdan kredit götürüb 3 min manata yaxın beh ödədim. Amma burada mağazanı başqası özəlləşdirdi. İcarədar kimi mənə üstünlük verilməli idi”.
ƏMDK-nın nümayəndələri isə belə bir qaydanın olmadığını, dövlət əmlakının özəlləşdirilməsi zamanı bütün vətəndaşlara eyni cür yanaşıldığını bildirib. Bununla belə, şikayətçi ona qarşı haqsızlığa yol verildiyini iddia edib.

Vətəndaş əraziyə çağırılmış təcili tibbi yardım və post patrul xidmətinin əməkdaşlarının köməyi ilə hərracının keçirildiyi, Heydər Əliyev prospekti,105 ünvanında yerləşən ƏMDK-nın İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin binasından kənarlaşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam