Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Kafeyə basqın: ofisiant qız oğurlandı - FOTOLAR

Azərbaycanda kafeyə basqın: ofisiant qız oğurlandı (FOTO)

 

 

Mayın 27-də Xırdalan şəhərində müdhiş cinayət hadisəsi baş verib. 
Xeberinfo.com:  Aznews.az xəbər verir ki, təxminən 20 nəfər gənc şəhərin mərkəzində yerləşən (Heydər parkı ilə üzbəüz) "Park" adlı kafeyə hücum edib. Sərxoş vəziyyətdə olan dəstə üzvləri kafeni darmadağın edərək, sahibkara külli miqdarda ziyan vurublar. Bundan sonra obyektə rəhbərlik edən iki gənci kafedən çıxararaq, yolun ortasında vəhşicəsinə döyüblər. Bundan sonra kafedə ofisiant işləyən gənc xanımı avtomobilə oturdaraq aradan çıxıblar. 
Əllərində bıçaqlar oynadan mütəşəkkil dəstənin bu xuliqanlığı parkda istirahət edənlərin, eləcə də ətrafda yaşayanların təşvişinə səbəb olub, hadisə yerinə çoxlu insanlar yığışıb. Buna görə də şəhərin əsas yollarından biri yarım saat ərzində bağlı qalıb. Maraqlıdır ki, yerli polisin 24 saat xidmət aparmalı olduğu ərazidə baş verən bu biabırçı olay onların gözündən "yayınıb". Yalnız sakinlərin 102 xidmətinə zəngindən sonra əraziyə Post Patrul Xidmətinin əməkdaşları gəliblər. Həmin vaxta qədər isə dəstə üzvləri avtomobillərinə əyləşərək aradan çıxıblar. Şahidlərinin bildirdiyinə görə, hadisə yerinə gələn polislər müəyyən sorğu-sualdan sonra dəstə üzvlərini tanıdıqlarını deyiblər. Bildiriblər ki, həmin dəstə Abşeron ərazisində tez-tez belə hadisələr törədir, özlərini kriminal avtoritetlər kimi təqdim edirlər, "söhbətlərə" gedirlər. Guya dəstəyə Kamran adlı bir şəxs rəhbərlik edir. Polislər söhbət əsnasında onu da bildiriblər ki, həmin şəxs bir müddət əvvəl ev yarmaqda suçlu bilinərək bir aylıq həbs olunub. 
Məsələ ilə bağlı Abşeron Rayon Polis Şöbəsinin növbətçi hissəsi ilə əlaqə saxladıq. Növbətçi əməkdaş məsələdən xəbərsiz olduğunu, bununla bağlı heç bir açıqlama vermək istəmədiklərini bildirdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam