Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

"Binəqədi faciəsi"ndən 1 il ötür - FOTOLAR

 

 

Ötən ilin bu günü hamımızın panika ilə xəbərlərini gözlədiyimiz o məşum gündən düz 1 il ötür.

Xeberinfo.com:   Bəzilərimiz üçün sevinclə, fərəhlə xatirələrdə donan 1il, həmin binanın sakinləri, o acını yaşayan insanlar üçün kabusa çevrildi.

 

İllərlə, min bir əzab-əziyyətlə qurduqları yuva bir andaca, gözlərinin önündəcə külə döndü. O yanğında cansız bədənləri qalan  körpələr kimi... Valideynlərinin doyunca qoxulamadığı, sevincinə doymadığı, ürəyincə fərəhlənə bilmədiyi körpələr...

3 yaşlı Fərəh Məhərrəmova, 5 yaşlı Ayan Kərimova, 1 yaş 6 aylıq Ömər Cavadov, 2 yaşlı Ayxan Hüseynovun valideynləri kimi...

Əlbəttə, zaman keçdi, xəsarət alanlar sağaldı, yararsız evlər təmir edildi, bəziləri əvvəlkindən də gözəl mebellər, ev avadanlıqları ilə təmin olundular. Hadisəyə görə cinayət işi açıldı, həbslər oldu, yanğına səbəb lənətə gəlmiş “poliuretan”i də söküb atdılar, bircə itirilən əzizləri qaytara bilmədilər...

Ümumilikdə 15 nəfərin öldüyü, 50 nəfərin xəsarət aldığı faciə bəzi ailələrin ömür çırağını əbədi söndürdü. Çünki, heç bir maddiyyat, bahalı avadanlıq, heç bir kompensasiya ilə geri dönüşü olmayan itkiləri əvəz edə bilmədilər... (Tia.az) 

 








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam