Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

ANAMA: 139 PHS və 5 mina zərərsizləşdirilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu gün 5 partlayış yeri və 290 kv.m ərazi yoxlanılıb.

Xeberinfo.com:  Agentlikdən verilən məlumata görə, Füzuli rayonu Horadiz qəsəbəsi və ətrafında 5 partlayış yerinə baxış keçirilib, 5 partlamış sursat aşkar edilib və 290 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə, agentlik tərəfindən 7-22 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 310 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma və əkin sahələrinə baxış kecirilib, 139 ədəd partlamamış hərbi sursat və 5 (beş) ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq, zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam