Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

ANAMA: ərazilərin partlayıcı qurğulardan təmizlənməsi davam etdiriılir

Bu gün Tərtər, Füzuli və Ağcabədi rayonlarında 16 partlayış yeri yoxlanılıb, 21 220 kv.m ərazi təmizlənib.

Xeberinfo.com:   Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) virtualaz.org-a daxil olan hesabatda deyilir.

 

Tərtər rayonu

Qarağacı kəndi - 1 ev və həyətyanı sahə və 1 kənd qəbiristanlığında 2 partlayış yerinə baxış keçirilib, 11 100 kv.m ərazi təmizlənıb və partlamamış hərbi sursat aşkar edilməyib.

Hacıqərvənd kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 3 000 kv.m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməyib.

Azadqaraqoyunlu kəndi - 2 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 5 partlayış yerinə baxış keçirilib, 990 kv.m ərazi təmizlənib.

Cəmi: 5 ev və həyətyanı sahə, 1 kənd qəbiristanlığının həyətinə, 3 əkin sahəsinə baxış keçirilib. Nəticədə 9 partlayış yeri aşkar edilib, 15 090 kv.m ərazi təmizlənib və PHS aşkar edilməyib.

 

Füzuli rayonu

Alıxanlı kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd 125 mm-lik partlamamış tank mərmisi aşkar edilərək götürülüb. Nəticə etibarilə 430 kv.m ərazi yoxlanılıb.

Agcabədi rayonu

Qaraxanlı kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 5 700 kv.m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

 

Ucar rayonu

Ucar rayonu, Oğuz küçəsi, 79 ünvanında - 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 3 ədəd F1 əl qumbarası, 3 ədəd UZRQM zapalı və 1 ədəd 30 mm-lik işıqlandırıcı fişəng aşkar edilərək götürülüb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).

Mayın 2-də Agentlik tərəfindən 9 ev, 6 əkin sahəsi və 1 kənd qəbirstanlığı də daxil olmaqla 16 partlayış yeri yoxlanılıb, 1 ədəd 125 mm-lik partlamamış tank mərmisi, 3 ədəd F1 əl qumbarası, 3 ədəd UZRQM zapalı və 1 ədəd 30 mm-lik işıqlandırıcı fişəng aşkar edilərək götürülüb, 21 220 kv.m ərazi təmizlənib.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 2 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad və Ucar rayonlarında 400 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 2 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş və 1 303 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam