Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"ANAMA" 29 partlayış yerinə baxış keçirib

Cəbhəboyu rayonlarda 29 partlayış yerinə baxış keçirilib.

Xeberinfo.com:   Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.

 

Tərtər rayonu

Əskipara kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 17 500 kv.m ərazi yoxlanılıb.

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə və 1 əkin sahəsində 15 partlayış yerinə baxış keçirilib, 9000 kv.m ərazi yoxlanılıb.

Yuxarı Qapanlı kəndi - 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq 500 kv.m ərazi yoxlanılıb.

Qaynaq kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, təhlükəsizlik tədbirlərini nəzərə alaraq, 200 kv.m ərazi yoxlanılıb.

Cəmi: 4 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 21 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, 27 200 kv.m ərazi təmizlənib.

 

Ağdam rayonu

Çəmənli kəndi - 4 əkin sahəsində 6 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 12 600 kv.m ərazi yoxlanılıb.

 

Füzuli rayonu

Şükürbəyli kəndi - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 614 kv.m ərazi yoxlanılıb.

Mingəçevir şəhəri - Sahil qəsəbəsi, Təbriz küçəsində qazıntı aparılan ərazidə 1 ədəd partlamamış OR-281U 57 mm-lik top mərmisi aşkar olunaraq götürülüb, 1 000 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).

Mayın 16-da 4 ev və həyətyanı sahədə, 9 əkin sahəsi, 29 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış OR-281U 57 mm-lik top mərmisi aşkar olunaraq götürülüb, gün ərzində 41 414 kv.m ərazi təmizlənib.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 16 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir və Bakı şəhərlərində 486 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 421 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam