Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Balakən sakini məmura görə intihar həddinə çatıb

balaken1Vətəndaş dövlət başçısından onu aldatmış məmurun cəzalandırılmasını xahiş edir

Xeberinfo.com:  Balakən rayonunun Mahamalar kənd sakini Ikramat Abdullayeva dövlət başçısı Ilham Əliyev, onun xanımı Mehriban Əliyevadan imdad diləyir. Məmur özbaşınalığından intihar həddinə çatdığını deyən vətəndaş məktubunda yazır:

“2013-cü ilin martında zəlzələdən ziyan çəkdiyimizə görə Balakən Rayon Icra Hakimiyyətinin Mahamalar kənd icra nümayəndəsi Sabir Mahmudova təmir üçün üz tutdum. Bizim və qayınatamın evini yardım siyahısına salmaq üçün hər birimizdən 200 manat pul istədilər. Sonradan alınacaq pul yardımından 2000 manatın verilməsini də şərt qoydular. Əlacsız vəziyyətdə olduğumuzdan, bu tələblə razılaşdıq.

400 manatı verdim. Icra nümayəndəsi mənə dedi ki, evləri zəlzələdən zərər görən adamlardan pul yığım, o da bunun müqabilində maddi yardım yazdırsın. 14 nəfər kənd sakini olan qohum-əqrəbanı da savadsızlığımdan onun toruna saldım. Icra nümayəndəsi 14 sakindən mənim vasitəmlə hər ev üçün 2000-2500 manat əvvəlcədən almaqla, məni böyük problemlə üzləşdirdi. Icra nümayəndəsi pulu alıb, mən də daxil olmaqla 7 ay aldatdı. Sonradan isə camaata vəd etdiyi yardımı vermədi. Zərərçəkənlər şikayət edəndə Sabir Mahmudov dayaqları olduğu üçün özünü təmizə çıxardı. Mən isə xəstə uşaqla hüquq-mühafizə orqanlarının, məhkəmələrin  qapılarında qaldım. Balakən rayon məhkəməsinin hökmüylə 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edildim. Məhkəmə qadın olduğumu və himayəmdə xəstə uşağımın olmasını nəzərə alaraq müəyyən güzəşt edib. Lakin əsas məsələ odur ki, camaatdan pulu mənim deyil, icra nümayəndəsinin alması faktı hüquq-mühafizə orqanları tərəfindən ört-basdır edildi. Ona görə də camaatın banklardan kredit kimi götürüb Sabir Mahmudova verdiyi borcun hamısı mənim üzərimdə qaldı. Bu məbləğ artıq 55 min manata çatıb. Bu vəsaiti necə ödəyə bilərəm? Bunun üçün işim və imkanım yoxdur. Camaatın haqlı tələbindən utandığımdan kənddə yaşaya bilmirəm. Savadsız bir qadınla bərabər 14 nəfəri aldadıb pullarını mənimsəyən icra nümayəndəsi haqda niyə tədbir görülmür? Artıq intihar həddinə çatmışam. Xahiş edirəm, bu məsələnin çözülməsinə və camaatın pullarının icra nümayəndəsindən alınıb sahiblərinə qaytarılmasına kömək edin. Artıq başqa yolum qalmayıb”.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam