Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Yardımlının bir kəndi sosial yardıma həsrət qalıb

 

Prosova kəndinin nümayəndəsi Rəcəb Əliyev 600 manat almadan arayış verməyi «tövbə» edib 

Xeberinfo.com:  Yardımlı rayonunun Porsova kəndində özbaşınalıq baş alıb gedir. Bu barədə JAM.AZ-a kənd sakinləri məlumat veriblər. 

Buna səbəb kəndin icra nümayəndəsi Rəcəb Əliyev və onun müavini Baxşeyiş İmanovun atdığı addımlardar. Belə ki, Porsova kəndinin sakinləri indiyə qədər ünvanlı sosial yardım almağa həsrət qalıblar. Məlumata görə, ünvanlı sosial yardım ala bilməmələrinin səbəbi isə icra nümayəndəsinin sakinlərdən 5-6 yüz manat pul istəməsidir. «Kənddə heç kimin bu pulu vermək imkanı yoxdur. Ona görə də, indiyə qədər kimsə ünvanlı sosial yardım ala bilməyib». 

Sakinlər bildirirlər ki, hər bayram İcra Hakimiyyəti tərəfindən kəndə ayrılmış yardımların da aqibəti bəlli deyil. Onların sözlərinə görə, əsasən imkansız və kimsəsizlərə ayrılmış həmin yardımları icra nümayəndəsi Rəcəb Əliyevlə müavini Baxşeyiş İmanov mənimsəyirlər. «Bu barədə dəfələrlə icra başçısına, onun müavinlərinə dedik. Amma heç bir faydası olmadı. Onların da məsələdən xəbərləri var. Lakin tədbir görməmələrinə təəccüb edirik». 

JAM.AZ-a məlumat verən kənd sakinləri maraqlı bir məqama da toxunublar. Onlar bildirirlər ki, bu yaxınlarda Porsovaya çəkiliş aparmaq üçün televiziyadan qrup gəlibmiş. «Lakin Rəcəb Əliyev onlara pul verib, geri qaytardı. Heç çəkiliş aparmağa da qoymadı. Səbəb də bu olub ki, həmin çəkiliş qrupu Porsovada problemdən başqa heç nə çəkməyəcəkdi. İndi də kənd camaatı bu iki adamın əlində aciz qalıb. Nə edəcəklərini də bilmirlər». 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam