Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şamaxıda icra başçısının bir qərarı bir kəndi ayağa qaldırdı

 

Şamaxıda vəziyyət qarışıb.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə DİA.AZ-a rayon sakinləri adından göndərilən məlumatda deyilir.

Xəbərdə bildirilir:

“Bu gün saat 11-30 radələrində 200 nəfərə yaxın Göylər kənd sakini Şamaxı rayon icra hakimiyyəti binası qarşısında toplaşaraq Göylər kənd icra nümayəndəsi İxtiyar Xəlilovun rayon icra hakimiyyəti başçısı tərəfindən vəzifədən alınmasına etiraz etmişlər.

Etirazçılarla görüşən rayon icra hakimiyyəti başçısının müavinləri onlara məsələnin öz müsbət həllini tapacağına söz verdikdən sonra insanlar ərazidən dağılmışlar.

Qeyd edək ki, bu günlərdə Şamaxı RİHB-sı Asif Ağayev müavini Qasım Qasımovun təkidli tələbi ilə Göylər kənd icra nümayəndəsinin vəzifədən alınması istiqamətində işlərə start verilmişdir. Şamaxı RİHB Asif Ağayev həmişəki kimi 1-ci müavinin sözündən çıxmayaraq heç bir günahı olmayan Xəlilovun intiriqalar hesabına vəzifədən götrülməsi üçün müvafiq addımlar atıb( məzuniyyətdə olan Xəlilov başçının müvafiq sərəncamına əsasən məzuniyyətdən geri çağırılaraq onun ərizəsini məcburi qaydada tələbi)”. 

Daha sonra dia.az-a daxil olan məlumatda deyilir: “Hazırda rayonda vəziyyət gərgin olaraq qalır. Rayon de fakto idarə olunmur. Ölkə rəhbərliyindən bütün bu kimi hallara son qoyulmasını və rayonu intiriqalar alətinə çevirmiş Qasımovun vəzifədən alınması üçün sakinlərə köməklik etməsini xahiş edirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam