Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Rusiya Azərbaycana qarşı təcavüz planı hazırlayıb?

24082

Rusiyanın Xəzərdəki Hərbi Donanması Azərbaycana qarşı faktiki təcavüz hazırlıqlarına başlayıb.
Xeberinfo.com:  Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies İnstitute – CDSİ) bildirir ki, bu barədə rusiyalı jurnalist Andrey Şipilov eyni adlı saytında dərc etdiyi məqaləsində vurğulayıb. “Rusiya Xəzər ölkəsinə müdaxilə hazırlığına başladı” adlı məqaləsində Şipilov bildirir ki, söhbət Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı olan “Zvyozda”nın bu yaxınlarda efirə verdiyi, amma diqqətdən kənarda qalan süjetindən gedir.
Jurnalist bildirir ki, diqqət mərkəzində olan məsələ Rusiyanın Xəzərə “Murena” layihəli hava yastığı üzərindəki desant gəmisini buraxmaq təşəbbüsüdür. Süjetdə bildirilir ki, “bu, Xəzər regionunda həddən ziyadə zəruridir”.
“Zvyozda” telekanalının süjetində bildirilir ki, Rusiya “Murena”nı gələn ildən Xəzərə buraxmaq planına malikdir. Amma müstəqil ekspertlərin fikrincə, bu hadisə daha tez baş verə bilər.
andrey-spilov
Andrey Şipilov, rusiyalı jurnalist
“Murena” desant gəmisi nədir? “Bu gəmi düşmənin sərhədyanı ərazilərinin zəbt olunması üçün nəzərdə tutulub və üzərində 140 desant qüvvəsi və bir tank və ya iki BTR apara bilər. Hava yastığındakı gəmi sərhədə yaxınlaşır və oradan canlı qüvvə çıxaraq döyüşə başlayır. Bununla yanaşı gəminin Hava Hücumundan Müdafiə sistemi desantları havadan dəstəkləyir, artilleriya isə sahildəki müqavimət nöqtələrini məhv edir”, – deyə jurnalist qeyd edir.
Müəllifin sözlərinə görə, Rusiya hazırda Xəzərdə təcavüzə hazırdır. Belə ki, dənizə buraxıması nəzərdə tutulan texnika tamamilə hücum xarakterlidir və onun yeganə təyinatı sahilyanı ərazilərin zəbtidir. “Telekanalda verilən süjetdə qeyd edildi ki, bu gəmi hazırda çox vacib zərurət daşıyır. Beləliklə, bir sual açıq qalır: Hansı ölkənin ərazisi bu zərurətin hədəfidir?”, – deyə Andrey Şipilov bildirir.
Onun sözlərinə görə, Xəzər dənizi Rusiyadan başqa 4 ölkənin - Qazaxıstan, İran, Türkmənistan və Azərbaycanın sahillərini yuyur. “Bu ölkələrdən hansının hücum hədəfi olacağını demək çətindir. İranla müharibə hazırda çətin ki Putinin planına aid olsun. Amma başdan ayağa Türkiyəyə bağlı olan Azərbaycan isə tam mümkündür ki, hədəf olsun. Xüsusilə də xatırlatmaq lazımdır ki, Rusiya Ermənistanı bir neçə yüz milyon dollar dəyərində silahla təchiz etməyə başlayıb. Nazarbayevə (Qazaxıstan prezidenti) gəldikdə isə, o son zamanlar doğurdan da nəzarətdən çıxıb”, – deyə Andrey Şipilov bildirib.(caspiandefense.wordpress.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam