Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyanın 50 gəmisi Xəzərdə - MÜHARİBƏ SSENARİSİ

 

Rusiya Dəniz Qüvvələri Xəzər dənizində hərbi təlimlərə başlayıb.
Xeberinfo.com:   Məlumata görə, Rusiya Müdafiə Nazirliyi təlimlərdə hərbi donanmaya məxsus 50-dən artıq gəminin qatıldığını açıqlayıb.

“Tatarıstan” və “Dağıstan” raket gəmiləri ilə kiçikçaplı raket və toplara malik olan “Grand Sviyajsk”, “Uqliç”, “Volqodonsk”, “Mahaçqala”, “Həştərxan” gəmiləri də təlimdə yer alıb.

Təlim özündə müharibə hazırlığı, düşmən gəmilərinə hücum və müdafiə taktikasını birləşdirir.

Qeyd edək ki, Rusiya-Türkiyə qarşıdurmasından sonra ekspertlər xarici güclərin, xüsusilə NATO-nun Xəzər hövzəsinə daxil ola biləcəyi ehtimalını irəli sürüblər. Halbuki, 5 Xəzəryanı ölkə arasında kənar qüvvələrin dənizə müdaxiləsinə imkan verilməməsi haqda razılaşma var.

Ötən həftə rusiyalı politoloq Vitali Arkov Ankara-Moskva gərginliyinin Xəzər dənizində təhlükəsizliyə təsir edə biləcəyini açıqlamışdı.

“Hazırda Xəzəryanı ölkələr təhlükəsizlik məsələləri ilə bağlı sıx əməkdaşlıq edir. Burada əsas razılıq xarici güclərin, ilk növbədə NATO-nun Xəzər regionuna girməsinə icazə verməməkdir. Lakin istisna deyil ki, vəziyyət dəyişə bilər və xarici oyunçular dəniz bölgəsinə girməyə cəhd edə bilərlər. Bu baş verərsə, bölgədə sabitlik ciddi şəkildə pozulacaq”, - deyə o bildirmişdi.

Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri isə noyabr ayında dərc etdiyi məqaləsində Xəzər dənizində yeni risklərin yarandığını yazmışdı.

“Rusiyanın Suriyadakı İŞİD mövqelərini Xəzərdən bombalaması bölgəni gözlənilmədən İŞİD təhlükəsi ilə yaxınlaşdırdı. Rusiyanın hərbi təcrübəsində qurudakı hədəflərin dənizdən vurulması birinci dəfə idi. Rusiya Xəzərdəki donanması ilə təkcə bu imkana sahib olduğunu nümayiş etdirmədi, həm də göstərdi ki, 1,5 min kilometr uzaqlıqdakı məsafəni yüksək dəqiqliklə məhv etmək gücünə sahibdir. Bununla eyni zamanda terror təhlükəsi bütövlükdə Xəzər regionu üçün daha da yaxınlaşdı”, - deyə nəşrin məqaləsində vurğulanırdı.


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam